Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Qarabağ" dünya nəhənglərini geridə qoydu

© Sputnik / Murad OrujovQarabağ
Qarabağ - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Abunə olmaq
Ölkə çempionatında keçirdiyi 8 oyunun hamısında qalib gələn Ağdam təmsilçisi hər matçda rəqib qapısına orta hesabla 7,2 dəfə dəqiq zərbə ilə 18-ci pillədə qərarlaşıb.
BAKI, 14 oktyabr — Sputnik. Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) öz ölkələrində ən yaxşı statistik göstəricilərə malik komandaların reytinq cədvəlini açıqlayıb.
Siyahıda Azərbaycanın Premyer Liqada iştirak edən bütün təmsilçiləri yer alıb.
Yerli klublar arasında ən yaxşı göstəriciyə "Qarabağ" malikdir. Ölkə çempionatında keçirdiyi 8 oyunun hamısında qalib gələn Ağdam təmsilçisi hər matçda rəqib qapısına orta hesabla 7,2 dəfə dəqiq zərbə ilə 18-ci pillədə qərarlaşıb.
Azərbaycan çempionu bu göstəricidə Almaniyanın "Bavariya", Niderlandın PSV, "Feyenoord", "Ayaks" və "AZ Alkmaar", Fransanın PSJ, Şotlandiyanın "Seltik", kollektivlərindən geri qalsa da, İspaniyanın "Real Madrid", "Barselona", İngiltərənin "Mançester Siti" və "Liverpul" kimi komandalarını qabaqlayıb.
"Neftçi" ortalama 6.2 zərbə ilə 57-ci, "Sabah" 5,8 zərbə ilə 96-cı, "Qəbələ" isə 5,6 zərbə ilə 114-cüdür.
Qeyd edək ki, "Qarabağ" hazırda 24 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edir.(Report)
Xəbər lenti
0