SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkili: Qətnamə qəbul edilsə, Azərbaycan Fransadakı səfirini geri çağırmalıdır

© REPORTQüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Abunə olmaq
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın əraziləri 30 il işğal olunandan Ermənistana deyilmədi ki, sən öz sərhədlərinə qayıtmalısan, sənə sanksiya tətbiq ediləcək
BAKI, 14 oktyabr - Sputnik. Ermənistana vicdansız dəstəyinə görə Fransa birbaşa məsuliyyət daşıyır. Fransa Senatı Azərbaycana qarşı 15 noyabrda qətnamə qəbul etməyə hazırlaşır. Belə qətnamə qəbul edilsə, Azərbaycan Fransadakı səfirini geri çağırmalı, iki ölkə arasında diplomatik münasibətlərə yenidən baxılmalıdır.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın əraziləri 30 il işğal olunandan Ermənistana deyilmədi ki, sən öz sərhədlərinə qayıtmalısan, sənə sanksiya tətbiq ediləcək: “10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatdan sonra Ermənistana Azərbaycanla sülh sazişi imzalanması üçün, Azərbaycanın ərazi bütövlüyünün tanınması üçün təzyiq göstərilsəydi, 13-14 sentyabrda Ermənistanın təxribatı da baş verməzdi”.
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov da deyib ki, bu gündən başlayıb Fransa Senatına bəyanatlar göndərməliyik: “O vaxt ulu öndər Heydər Əliyev çox düzgün qeyd etmişdi ki, Fransa həmsədr dövlət ola bilməz, çünki erməni dəstəkçisidir. Lazım gələrsə, Fransa ilə bütün diplomatik əlaqələr kəsilməlidir. BMT-də Azərbaycan çox düzgün mövqe sərgilədi. Bu gün erməni çörəyi yeyənlər Azərbaycanı başqa yerə sürükləmək istəyir. Xatırlayıram ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi BMT-də müzakirəyə çıxarılanda buna cəmi 14 ölkə səs vermişdi”.
Fransa prezidenti Emmanuel Makron - Sputnik Azərbaycan, 1920, 14.10.2022
SİYASƏT
XİN: "Makronun səsləndirdiyi fikirlər onun qərəzsizliyini sual altında alır"
Xəbər lenti
0