https://sputnik.az/20221014/mekteblerin-etrafinda-tutun-ve-alkoqol-mehsullari-satilir-447484144.html
Məktəblərin ətrafında tütün və alkoqol məhsulları satılır?
Məktəblərin ətrafında tütün və alkoqol məhsulları satılır?
Sputnik Azərbaycan
Mehriban Vəliyeva deyib ki, məktəblərin ətrafında 27 şagirdi maşın vurub. 14.10.2022, Sputnik Azərbaycan
2022-10-14T22:21+0400
2022-10-14T22:21+0400
2022-10-15T00:04+0400
cəmiyyət
tütün
alkoqol
https://cdnn1.img.sputnik.az/img/42374/62/423746269_0:316:3077:2047_1920x0_80_0_0_481088d50326ad522139039368f6f6b5.jpg
BAKI, 14 oktyabr — Sputnik. "Tütün və alkoqol məhsullarının məktəblərə yaxın yerlərdə satışı ciddi və problemli məsələdir".Bunu Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq" mövzusunda konfransda çıxışı zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.O, bu məsələnin həlli istiqamətində qurumlara müraciət edib: "Elektron siqaretlə və digər bu kimi hallarla mübarizə üçün mən qurumlara müraciət edirəm ki, birgə işlər görülsün, problemin aradan qaldırılması üçün yollar axtarılsın. Eyni zamanda, tütün və alkoqol məhsullarının məktəblərə yaxın yerlərdə satışı da ciddi və problemli məsələdir".Mehriban Vəliyeva deyib ki, Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən xüsusi hallarla bağlı komissiyaya daxil olan məlumatların 194-ü şagirdlərin xəsarət alması ilə bağlı olub.O bildirib ki, şagirdlər arasında mübahisə halı ilə bağlı 126, şagirdin halının pisləşməsi 104, işçinin halının pisləşməsi 66, şagirdi maşın vurması 27, şagirdin nizam-intizam qaydasını pozması 24, şagirdin psixoloji durumu barədə 23, şagirdin dərsdən yayınması ilə bağlı isə 21 məlumat daxil olub: "Ən çox məlumat Sabunçu (21 ) rayonunda yerləşən məktəblərdən qeydə alınıb".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42374/62/423746269_163:0:2892:2047_1920x0_80_0_0_939db710d046268bfb89f0d92c0294f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
tütün, alkoqol
Məktəblərin ətrafında tütün və alkoqol məhsulları satılır?
22:21 14.10.2022 (Yenilənib: 00:04 15.10.2022) Mehriban Vəliyeva deyib ki, məktəblərin ətrafında 27 şagirdi maşın vurub.
BAKI, 14 oktyabr — Sputnik. "Tütün və alkoqol məhsullarının məktəblərə yaxın yerlərdə satışı ciddi və problemli məsələdir".
Bunu Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq" mövzusunda konfransda çıxışı zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
O, bu məsələnin həlli istiqamətində qurumlara müraciət edib: "Elektron siqaretlə və digər bu kimi hallarla mübarizə üçün mən qurumlara müraciət edirəm ki, birgə işlər görülsün, problemin aradan qaldırılması üçün yollar axtarılsın. Eyni zamanda, tütün və alkoqol məhsullarının məktəblərə yaxın yerlərdə satışı da ciddi və problemli məsələdir".
Mehriban Vəliyeva deyib ki, Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən xüsusi hallarla bağlı komissiyaya daxil olan məlumatların 194-ü şagirdlərin xəsarət alması ilə bağlı olub.
O bildirib ki, şagirdlər arasında mübahisə halı ilə bağlı 126, şagirdin halının pisləşməsi 104, işçinin halının pisləşməsi 66, şagirdi maşın vurması 27, şagirdin nizam-intizam qaydasını pozması 24, şagirdin psixoloji durumu barədə 23, şagirdin dərsdən yayınması ilə bağlı isə 21 məlumat daxil olub: "Ən çox məlumat Sabunçu (21 ) rayonunda yerləşən məktəblərdən qeydə alınıb".