Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Avropanın Rusiya tədarükündən asılılığı

Abunə olmaq
Avropa İttifaqı enerji resurslarının əksər növlərinin idxalında Rusiya Federasiyasından çox asılıdır. Avropaya karbohidrogen tədarükünün neçə faizinin Rusiya Federasiyasının payına düşdüyü barədə ətraflı məlumat - Sputnik Azərbaycan-ın infoqrafikasında.
BAKI, 14 oktyabr — Sputnik. Dekabrın 5-dən etibarən Rusiya xam neftinin dəniz yolu ilə Avropa İttifaqı ölkələrinə idxalını qadağan edən İttifaqın əvvəllər qəbul edilmiş sanksiyaları qüvvəyə minəcək. Eyni zamanda, boru kəməri ilə Rusiya neftini alan bəzi ölkələr üçün müvəqqəti istisnalar olacaq.
Sentyabrın əvvəlində G7 ölkələrinin maliyyə nazirləri Rusiya neftinə qiymət məhdudiyyətləri tətbiq etmək niyyətlərini təsdiqləyiblər. Neft üçün qiymət məhdudiyyətinin tətbiq edilməsi bu ilin dekabrın 5-dən, neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dən planlaşdırılır. Rusiya nümayəndələri cavab olaraq xəbərdarlıq ediblər ki, məhdudiyyətləri tətbiq edəcək ölkələr Rusiya neftinin ixracından kənarda qalacaq.
Eyni zamanda, Aİ enerji resurslarının əksər növlərinin idxalında hələ də Rusiya Federasiyasından asılıdır. Belə ki, sanksiyalardan əvvəl Rusiyadan Avropa ölkələrinə neft idxalının ümumi həcminin təxminən 27%-i tədarük edilib.
Bundan əlavə, bütün kömür idxalının təxminən 47%-i də Rusiyanın payına düşüb. Təbii qaza gəlincə, burada Avropa ölkələrinin Rusiyadan asılılığı 41%-dən çox olub.
Xəbər lenti
0