SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Astanada üçtərəfli görüş başlayıb

© Photo : MFA AzerbaijanAzərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü
Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşü açaraq Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatın müddəalarının icrasını nəzərdən keçirməyi təklif edib.
BAKI, 14 oktyabr — Sputnik. Qazaxıstanın paytaxtı Astanada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüşü başlayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşü açaraq Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatın müddəalarının icrasını nəzərdən keçirməyi təklif edib: "Bu gün bu mövzu ətrafında danışmaq və liderlərimizə imzaladıqları bəyanatların icrası ilə bağlı nə hesabat verməyimiz üçün çox əlverişli fürsətdir".
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, biz öz tərəfimizdən münaqişədən sonrakı nizamlama prosesində xarici işlər nazirlərinin birbaşa məsuliyyət daşıdığı məsələyə - sülh müqaviləsi məsələsinə xüsusi diqqət yetirəcəyik".
Xatırladaq ki, Sergey Lavrov, Ararat Mirzoyan və Ceyhun Bayramov sonuncu dəfə Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində üçtərəfli formatda görüşüblər.
Azərbaycan Prezidenti İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib - Sputnik Azərbaycan, 1920, 14.10.2022
DÜNYA XƏBƏRLƏRİ
İlham Əliyev: "Rusiyanın vasitəçiliyi nəticəsində silahlı toqquşmalar dayandırıldı"
Xəbər lenti
0