SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tokayev: "Azərbaycan geniş coğrafi miqyasda böyük rol oynayır"

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidQazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev
Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev - Sputnik Azərbaycan, 1920, 13.10.2022
Abunə olmaq
Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə ənənəvi əlaqələrin olduğunu və bu münasibətlərin davam etdiriləcəyini bildirib.
BAKI, 13 oktyabr — Sputnik. "Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş coğrafi miqyasda böyük rol oynayır".
Bunu Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.
"Azərbaycanı müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik. Biz hər zaman bu xəttə sadiq qalacağıq. Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş coğrafi miqyasda böyük rol oynayır. Düşünürəm ki, bizim çoxlu ortaq cəhətlərimiz var. Söhbət müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyindən gedir. Biz bunu Bakıda ətraflı müzakirə etdik", - o vurğulayıb.
Dövlət başçısı iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə ənənəvi əlaqələrin olduğunu və bu münasibətlərin davam etdiriləcəyini bildirib: "İndi "Orta Dəhliz" adlanan layihənin inkişafı gündəmdədir. Bu formatda işin davam etdirilməsində maraqlıyıq".
Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.
Xatırladaq ki, sonuncu dəfə avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edib.
"Biz bu görüşdə əməkdaşlığın müxtəlif sahələrində dövlətlərimizin qarşılıqlı fəaliyyətinin demək olar bütün məsələlərinə dair ətraflı fikir mübadiləsi apardıq. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik".
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı deyib.
Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü  - Sputnik Azərbaycan, 1920, 13.10.2022
SİYASƏT
İlham Əliyev Qazaxıstan lideri ilə görüşüb
Xəbər lenti
0