https://sputnik.az/20221013/neft-ucuzlasib---sebebler-447396958.html
Neft ucuzlaşıb - SƏBƏBLƏR
Neft ucuzlaşıb - SƏBƏBLƏR
Sputnik Azərbaycan
Bu həftənin əvvəlindən neft qiymətlərinə təsir edən iqtisadi tənəzzül narahatlıqları davam edir. 13.10.2022, Sputnik Azərbaycan
2022-10-13T12:01+0400
2022-10-13T12:01+0400
2022-10-13T12:06+0400
neft
neft-qaz
qiymət
birja
azeri light markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1e/445502146_0:160:3072:1888_1920x0_80_0_0_69348d6781f16deac84f736011927055.jpg
BAKI, 13 oktyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,11 dollar azalaraq 92,34 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,22 dollar ucuzlaşaraq 87,05 dollar olub.Azərbaycan neftinin qiyməti 1,89 dollar azalaraq 96,94 dollar olub.Qeyd edək ki, bu həftənin əvvəlindən neft qiymətlərinə təsir edən iqtisadi tənəzzül narahatlıqları davam edir. Bu da neftin ucuzlaşmasına gətirib çıxarır.ABŞ Mərkəzi Bankının faizləri qaldıracağı, ABŞ-ın xam neft ehtiyatlarının kəskin artacağı proqnozları neft bazarına təsir göstərir. ABŞ nefti bu həftə 6 faiz azalıb.Xatırladaq ki, "OPEC plus"un növbəti görüşü cari ilin 4 dekabrına təyin edilib. Bu yaxınlarda "OPEC plus"un aqressiv hasilatı azaltma qərarı neft qiymətlərini yüksəldib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 dollardan götürülüb."Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1e/445502146_171:0:2902:2048_1920x0_80_0_0_de40d2bed74c508972e16a1a880f44d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, birja, azeri light markalı neft
neft, qiymət, birja, azeri light markalı neft
Neft ucuzlaşıb - SƏBƏBLƏR
12:01 13.10.2022 (Yenilənib: 12:06 13.10.2022) Bu həftənin əvvəlindən neft qiymətlərinə təsir edən iqtisadi tənəzzül narahatlıqları davam edir.
BAKI, 13 oktyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,11 dollar azalaraq 92,34 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,22 dollar ucuzlaşaraq 87,05 dollar olub.
Azərbaycan neftinin qiyməti 1,89 dollar azalaraq 96,94 dollar olub.
Qeyd edək ki, bu həftənin əvvəlindən neft qiymətlərinə təsir edən iqtisadi tənəzzül narahatlıqları davam edir. Bu da neftin ucuzlaşmasına gətirib çıxarır.
ABŞ Mərkəzi Bankının faizləri qaldıracağı, ABŞ-ın xam neft ehtiyatlarının kəskin artacağı proqnozları neft bazarına təsir göstərir. ABŞ nefti bu həftə 6 faiz azalıb.
Xatırladaq ki, "OPEC plus"un növbəti görüşü cari ilin 4 dekabrına təyin edilib. Bu yaxınlarda "OPEC plus"un aqressiv hasilatı azaltma qərarı neft qiymətlərini yüksəldib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 dollardan götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.