Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Naxçıvanda bal festivalı keçiriləcək

© Sputnik / Murad Orujovbal
bal  - Sputnik Azərbaycan, 1920, 13.10.2022
Abunə olmaq
Festivalda Naxçıvan balı ilə yanaşı, qiymətli arı məhsulları olan güləmi, arı südünü, vərəmumu, mumu, arı zəhərini, bal arağını da əldə etmək mümkündür.
BAKI, 13 oktyabr — Sputnik. Oktyabrın 15-də Naxçıvan şəhərində yerləşən "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində "Arıçılıq məhsulları-bal festivalı" keçiriləcək.
AZƏRTAC-ın məlumatına görə, iki gün davam edəcək festivalda muxtar respublikanın müxtəlif rayonlarından olan arıçı sahibkarların il ərzində topladıqları məhsulların sərgi-satışı keçiriləcək. Burada arıçılıq avadanlıqlarının və arıçılığa aid ədəbiyyatların sərgisinin təşkil olunması da nəzərdə tutulub. Minbir çiçəkdən toplanan və böyük zəhmətlə başa gələn, süfrəmizin əvəzolunmaz neməti bal və bal məhsulları maraqlı dekorasiyalarda göz oxşayacaq.
Qeyd edək ki, Naxçıvanın kəskin kontinental iqlimi burada hasilə gələn balın müalicəvi xüsusiyyətlərinə müsbət təsir göstərir. Bu baxımdan Naxçıvan balı həm də özünün dadı, tamı ilə seçilir. Festivalda Naxçıvan balı ilə yanaşı, qiymətli arı məhsulları olan güləmi, arı südünü, vərəmumu (bərəmumu), mumu, arı çörəyini, möhürü (balın qaymağını), arı zəhərini, bal arağını da əldə etmək mümkündür.
© Sputnik / StringerNaxçıvan şəhəri
Naxçıvan şəhəri - Sputnik Azərbaycan, 1920, 12.10.2022
Naxçıvan şəhəri
Xatırladaq ki, Bakıda da arıçılıq məhsullarının XXII respublika sərgi-satış yarmarkası keçirilir.
Vətəndaşlar 1-20 oktyabr tarixlərində hər gün saat 09:00-dan 19:00-dək yarmarkaya gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri yüksək olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb.
Xəbər lenti
0