https://sputnik.az/20221013/mdb-dovlet-bascilari-surasinin-novbeti-iclasinin-yeri-melum-olub-447421352.html
MDB Dövlət Başçıları Şurasının növbəti iclasının yeri məlum olub
MDB Dövlət Başçıları Şurasının növbəti iclasının yeri məlum olub
Sputnik Azərbaycan
Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi bildirib ki, Qırğız Respublikası MDB dövlət başçılarının Bişkekdə keçiriləcək növbəti sammitinin 13... 13.10.2022, Sputnik Azərbaycan
2022-10-13T17:32+0400
2022-10-13T17:32+0400
2022-10-13T17:32+0400
mdb
siyasət
qırğız respublikası
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441890632_0:0:3547:1995_1920x0_80_0_0_df0de1915aadc9f2b42611fa1bb7e4e7.jpg
BAKI, 13 oktyabr — Sputnik. MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2023-cü il oktyabrın 13-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçiriləcək.Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib."MDB liderləri 2023-cü il yanvarın 1-dən təşkilatda sədrliyin Qırğız Respublikasına keçməsi ilə bağlı qərar qəbul edəcəklər (Qazaxıstan və Rusiya həmsədr olacaq). Qırğız Respublikası MDB dövlət başçılarının Bişkekdə keçiriləcək növbəti sammitinin 13 oktyabr 2023-ci il tarxində keçirilməsini təklif edib. Bu təkliflərin təsdiq ediləcəyini gözləyirik", - o deyib.Bundan əlavə, 2023-cü il yanvarın 1-dən İcraiyyə Komitəsinin sədri - MDB-nin icraçı katibi Sergey Lebedevin səlahiyyətlərinin daha üç il müddətinə uzadılması barədə qərarın təsdiqlənməsi gözlənilir.Uşakovun sözlərinə görə, Astana iclasının iştirakçıları həmçinin 2024-2026-cı illər üçün MDB-də tematik illəri müəyyənləşdirəcək, həmçinin 2023-cü ildə MDB-nin mədəniyyət paytaxtını seçəcəklər."Burada Sankt-Peterburqun namizədliyinə baxılır. Bu təklifin də dəstəklənəcəyi gözləyirik", - o əlavə edib.Qeyd edək ki, bu il Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası oktyabrın 14-də Qazaxıstanın Astana şəhərində keçiriləcək. Qazaxıstan 2022-ci ildən MDB-yə sədrlik edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441890632_709:0:3440:2048_1920x0_80_0_0_5d2a69be59da7069f26d6824094c631d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mdb, qırğız respublikası
MDB Dövlət Başçıları Şurasının növbəti iclasının yeri məlum olub
Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi bildirib ki, Qırğız Respublikası MDB dövlət başçılarının Bişkekdə keçiriləcək növbəti sammitinin 13 oktyabr 2023-ci il tarixində keçirilməsini təklif edib.
BAKI, 13 oktyabr — Sputnik. MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2023-cü il oktyabrın 13-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçiriləcək.
Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
"MDB liderləri 2023-cü il yanvarın 1-dən təşkilatda sədrliyin Qırğız Respublikasına keçməsi ilə bağlı qərar qəbul edəcəklər (Qazaxıstan və Rusiya həmsədr olacaq). Qırğız Respublikası MDB dövlət başçılarının Bişkekdə keçiriləcək növbəti sammitinin 13 oktyabr 2023-ci il tarxində keçirilməsini təklif edib. Bu təkliflərin təsdiq ediləcəyini gözləyirik", - o deyib.
Bundan əlavə, 2023-cü il yanvarın 1-dən İcraiyyə Komitəsinin sədri - MDB-nin icraçı katibi Sergey Lebedevin səlahiyyətlərinin daha üç il müddətinə uzadılması barədə qərarın təsdiqlənməsi gözlənilir.
Uşakovun sözlərinə görə, Astana iclasının iştirakçıları həmçinin 2024-2026-cı illər üçün MDB-də tematik illəri müəyyənləşdirəcək, həmçinin 2023-cü ildə MDB-nin mədəniyyət paytaxtını seçəcəklər.
"Burada Sankt-Peterburqun namizədliyinə baxılır. Bu təklifin də dəstəklənəcəyi gözləyirik", - o əlavə edib.
Qeyd edək ki, bu il Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası oktyabrın 14-də Qazaxıstanın Astana şəhərində keçiriləcək. Qazaxıstan 2022-ci ildən MDB-yə sədrlik edir.