https://sputnik.az/20221013/lham-eliyev-orta-dehlizin-inkisafi-ile-bagli-meseleler-zamanin-telebidir-447429056.html
İlham Əliyev: "Orta dəhliz"in inkişafı ilə bağlı məsələlər zamanın tələbidir
İlham Əliyev: "Orta dəhliz"in inkişafı ilə bağlı məsələlər zamanın tələbidir
Sputnik Azərbaycan
Prezident İlham Əliyev AQFET sammitinə dəvətə və qazax xalqına xas qonaqpərvərliyə görə Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib. 13.10.2022, Sputnik Azərbaycan
2022-10-13T18:10+0400
2022-10-13T18:10+0400
2022-10-13T18:13+0400
siyasət
qazaxıstan
kasım-jomart tokayev
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447420832_0:9:3607:2038_1920x0_80_0_0_b714009a60034a758acdbe2f83493cd1.jpg
BAKI, 13 oktyabr — Sputnik. "Orta dəhliz"in inkişafı ilə bağlı məsələlər zamanın tələbidir. Yaxşı haldır ki, həm Qazaxıstan, həm də Azərbaycan buna hazır idi, çünki ölkələrimizdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu da artıq bu gün daha böyük həcmdə yüklərin daşınmasına imkan verir. Gələcəkdə infrastruktur planlarımızı əlaqələndirməklə biz Transxəzər marşrutunun ötürücülük qabiliyyətinin artırılması üzrə gələcək işləri sinxronlaşdıra bilərik".Bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə deyib.Prezident İlham Əliyev AQFET sammitinə dəvətə və qazax xalqına xas qonaqpərvərliyə görə Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib: "Qardaş Qazaxıstana səfər etdiyimə görə çox şadam. Sizi həm də baş tutmuş sammitin yaxşı nəticələrinə görə təbrik etmək istərdim. Bu, Qazaxıstanın beynəlxalq aləmdə oynadığı rolun və ölkənizin yüksək nüfuzunun növbəti təzahürüdür".Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.Xatırladaq ki, sonuncu dəfə avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayev Azərbaycana səfər edib."Biz bu görüşdə əməkdaşlığın müxtəlif sahələrində dövlətlərimizin qarşılıqlı fəaliyyətinin demək olar bütün məsələlərinə dair ətraflı fikir mübadiləsi apardıq. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik". Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı deyib.
https://sputnik.az/20221013/lham-eliyev-qazaxistan-lideri-ile-gorusub-447425683.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447420832_439:0:3168:2047_1920x0_80_0_0_6275104e331598a4315ab95f2b038019.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qazaxıstan, kasım-jomart tokayev, prezident ilham əliyev
qazaxıstan, kasım-jomart tokayev, prezident ilham əliyev
İlham Əliyev: "Orta dəhliz"in inkişafı ilə bağlı məsələlər zamanın tələbidir
18:10 13.10.2022 (Yenilənib: 18:13 13.10.2022) Prezident İlham Əliyev AQFET sammitinə dəvətə və qazax xalqına xas qonaqpərvərliyə görə Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib.
BAKI, 13 oktyabr — Sputnik. "Orta dəhliz"in inkişafı ilə bağlı məsələlər zamanın tələbidir. Yaxşı haldır ki, həm Qazaxıstan, həm də Azərbaycan buna hazır idi, çünki ölkələrimizdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu da artıq bu gün daha böyük həcmdə yüklərin daşınmasına imkan verir. Gələcəkdə infrastruktur planlarımızı əlaqələndirməklə biz Transxəzər marşrutunun ötürücülük qabiliyyətinin artırılması üzrə gələcək işləri sinxronlaşdıra bilərik".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə deyib.
Prezident İlham Əliyev AQFET sammitinə dəvətə və qazax xalqına xas qonaqpərvərliyə görə Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib: "Qardaş Qazaxıstana səfər etdiyimə görə çox şadam. Sizi həm də baş tutmuş sammitin yaxşı nəticələrinə görə təbrik etmək istərdim. Bu, Qazaxıstanın beynəlxalq aləmdə oynadığı rolun və ölkənizin yüksək nüfuzunun növbəti təzahürüdür".
Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.
Xatırladaq ki, sonuncu dəfə avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayev Azərbaycana səfər edib.
"Biz bu görüşdə əməkdaşlığın müxtəlif sahələrində dövlətlərimizin qarşılıqlı fəaliyyətinin demək olar bütün məsələlərinə dair ətraflı fikir mübadiləsi apardıq. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik". Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı deyib.