https://sputnik.az/20221013/ermenistan-azerbaycan-ordusunun-kelbecerdeki-movqelerini-atese-tutub-447434535.html
Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub
Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub
Sputnik Azərbaycan
Ermənistan Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan... 13.10.2022, Sputnik Azərbaycan
2022-10-13T18:55+0400
2022-10-13T18:55+0400
2022-10-13T19:27+0400
hərbi
müdafiə nazirliyi
ermənistan
atəşkəs
kəlbəcər
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424818483_0:0:1000:563_1920x0_80_0_0_3bcd0a1121fd8a0d6e045923df8299c0.jpg
BAKI, 13 oktyabr - Sputnik. Oktyabrın 13-ü saat 15:15-dən saat 15:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.Oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb.Oktyabrın 10-u saat 23:00-da isə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.Bütün hallarda Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
https://sputnik.az/20221013/zakir-hesenov-qaraheybet-telim-merkezine-gedib-447433439.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424818483_15:0:826:608_1920x0_80_0_0_c3e4665844d5a9ef76ee3b270f113199.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, ermənistan, atəşkəs, kəlbəcər
müdafiə nazirliyi, ermənistan, atəşkəs, kəlbəcər
Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub
18:55 13.10.2022 (Yenilənib: 19:27 13.10.2022) Ermənistan Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
BAKI, 13 oktyabr - Sputnik. Oktyabrın 13-ü saat 15:15-dən saat 15:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb.
Oktyabrın 10-u saat 23:00-da isə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Bütün hallarda Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.