DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İbrahim Rəisi: "Vaşinqton İranda sabitliyin pozulması kursuna başlayıb"

© Sputnik / POOL / Mediabanka keçidRəisi
Rəisi - Sputnik Azərbaycan, 1920, 13.10.2022
Abunə olmaq
İran prezidenti İbrahim Rəisi bildirib ki, Tehran ABŞ-ın hərbi-siyasi kursunun və sanksiya siyasətinin səmərəsizliyini nümayiş etdirib.
BAKI, 13 oktyabr — Sputnik. İran çoxqütblülük və davamlı inteqrasiyanın siyasi kursuna xüsusi önəm verir. Bunu İran Prezidenti İbrahim Rəisi Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı sammitində deyib.
"Əməkdaşlığa və qarşılıqlı hörmətə əsaslanan ədalətli nizam-intizamı həyata keçirmək üçün İran diqqətini mehriban qonşuluq, çoxqütblülük və davamlı inteqrasiya siyasətinə yönəldir. Tehran ABŞ-ın hərbi-siyasi kursunun və sanksiya siyasətinin səmərəsizliyini nümayiş etdirib", - deyə Rəisi bildirib.
O qeyd edib ki, məhz bu səbəbdən Vaşinqton İranda sabitliyin pozulması kursuna başlayıb.
Xatırladaq ki, sentyabrın 13-də səlahiyyətlilər Əmini adlı gənc qızı hicabını düzgün geyinməməkdə ittiham edərək həbs ediblər. Qızı "izahlı söhbət üçün" məntəqəyə aparıblar. Orada vəziyyəti pisləşən Əmini dərhal xəstəxanaya aparılıb və orada da vəfat edib.
Həyatını itirənin ailəsi və İran müxalifəti hesab edir ki, ölümə səbəb Məhsanın polis bölməsində döyülməsi olub. Eyni zamanda Böyük Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi qızın ölümünü faciəvi hadisə adlandırıb. Etirazlar bir neçə həftədir ki, davam edir və hər gün daha da güclənir.
Xəbər lenti
0