SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan müttəfiqimiz, strateji tərəfdaşımızdır və biz daim bu xəttə sadiq qalacağıq

© Sputnik / Press Service of the President of KazakhstanQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev - Sputnik Azərbaycan, 1920, 13.10.2022
Abunə olmaq
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib ki, Azərbaycan təkcə öz regionunda deyil, həm də daha geniş coğrafi miqyasda çox böyük rol oynayır.
BAKI, 13 oktyabr - Sputnik. Azərbaycanı müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik, daim bu xəttə sadiq qalacağıq.
Bu sözləri oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev deyib.
Görüşdə çıxış edən Prezident Kasım-Jomart Tokayev İlham Əliyevə Qazaxıstana səfər etdiyinə görə təşəkkürünü bildirib:
"Hörmətli İlham Heydər oğlu, mən Sizə, ilk növbədə, buraya səfər etdiyinizə, Zirvə Toplantısının işində iştirak etdiyinizə, yekun nəticələrə nail olunmasına verdiyiniz müsbət töhfəyə görə minnətdarlığımı bildirmək istərdim. Sözsüz ki, mən bunu dəyərləndirirəm. Siz, necə deyərlər, buna vaxt ayırmısınız".
İkitərəfli qarşılıqlı münasibətlərə gəlincə, Tokayev bu barədə danışmağa "gözəl Bakı şəhərinə səfəri zamanı göstərilən qonaqpərvərliyə görə təşəkkür etməklə" başlamaq istədiyini bildirib. O deyib:
"Zənnimcə, bizim danışıqlar məhsuldar, maraqlı olub və deməliyəm ki, xaricdə siyasi, iqtisadi dairələrin diqqətini cəlb edib. Buna görə də Azərbaycanı müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik, daim bu xəttə sadiq qalacağıq. Azərbaycan təkcə öz regionunda deyil, həm də daha geniş coğrafi miqyasda çox böyük rol oynayır. Düşünürəm ki, bizim ortaq cəhətlərimiz çoxdur və ən müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik. Biz bu barədə Bakıda ətraflı danışmışıq.
Bu gün gündəlikdə belə adlandırılan Orta Dəhlizin inkişafı məsələsi durur. Dünən mənim Türkiyə Prezidenti ilə danışıqlarım olub. O da, həmçinin müvafiq qurumların rəhbərlərinin Bakıda keçirilən görüşünə dəfələrlə istinad edib. Təbii ki, onlar bu iş formatının davam etdirilməsinə hədəflənib. Bizim tərəfimizdən, əlbəttə ki, hər hansı bir problem olmayacaq, əksinə, biz də bunda maraqlıyıq. Mən açıq çıxışlarımda Orta Dəhliz adlandırılan Transxəzər marşrutu barədə həmişə danışmışam.
Bizim müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə ənənəvi əlaqələrimiz var və bunların hamısı davam edəcək. Biz Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan küçənin paytaxtımızda daha görkəmli yerə köçürməyin vacibliyindən danışmışıq. Belə bir yer müəyyənləşdirilmişdir. Mən onu bəyənmişəm. Bu, sadəcə, vaxt məsələsidir".
Xəbər lenti
0