Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan əsilli Qremmi mükafatçısı: əcdadlarımın vətənində çıxış etmək arzusundayam

© Photo : courtesy of Emil HudyievEmil Xudıyev ailəsi ilə birgə
Emil Xudıyev ailəsi ilə birgə - Sputnik Azərbaycan, 1920, 13.10.2022
Abunə olmaq
Bir çox beynəlxalq mükafatların sahibi Emil Xudiyev yaradıcılıq yolundan və musiqi məktəbi açmaq istəyindən danışıb.
BAKI, 13 oktyabr — Sputnik. Emil Xudiyev dünyanın ən nüfuzlu mükafatlarından biri olan "Qremmi"ni qazanan Azərbaycan əsilli ilk Amerika musiqiçisidir. Klarnet ifaçısının "Qremmi"dən savayı da xeyli musiqi mükafatı var.
Hal-hazırda o, özü kimi musiqişi olan qardaşları Fərhad və Eldar Xudiyevlərlə birlikdə Amerikada yaşayır, Siyetl simfonik orkestrində klarnetçi işləyir. Emil Sputnik Azərbaycan-a müsahibəsində yaradıcılığı, uğurları və əcdadlarının vətəninə səfər etmək arzusu haqda ətraflı məlumat verib.
Peşə seçimi
- Mən mühəndis ailəsində doğulub, böyüyüb, tərbiyə almışam. Babam mühəndis, nənəm fizik, anam həkim, atam isə iqtisadçı idi. Hamı musiqini sevirdi və musiqi bizim evimizdə daim səslənirdi. Yeddi yaşım olanda böyük qardaşlarım kimi musiqi məktəbinə getməyə qərar verdim. Valideynlərim məni adi məktəbə göndərmək istəyirdilər, çünki atam vəkil, anam isə həkim olacağımı xəyal edirdi. Bu mənim ilk müstəqil qərarım idi.
Müəllimlər mənə nəfəs alətləri şöbəsini təklif etdilər və mən heyrətamiz müəllim, professor Abdiyevin sinfində klarneti seçdim, heç də peşman deyiləm. İkinci müstəqil addımım isə anam Emil və Fərhadla “Yeni adlar” festivalına, Suzdala gedərkən klarnetimi gizlicə çamadana qoyduğum vaxt olub. Festivalda qardaşlarım Fərhadın İrina Arxipovanın ildönümünə həsr etdiyi kompozisiyasını ifa etməli idilər. Orada, yenə də müstəqil olaraq, görkəmli, peşəkar musiqiçi, Moskva Konservatoriyasının professoru İvan Mozqovenkodan bir neçə ustad dərsi ala bildim.
O vaxtdan bəri klarnetdə ifa etmək sənətinə olan sevgim ikiqat artdı. SSRİ-nin dağılmasından sonra özümün və üç nəslimin doğulduğu, böyüdüyü və işlədiyi müstəqil Türkmənistanda həyat birdən-birə mürəkkəbləşdi - bir sıra səbəblərə görə əlavə təhsil almaq perspektivi yox idi.
ABŞ-dan olan könüllü dostlarımızın məsləhəti ilə Fərhadla mən Miçiqandakı musiqi məktəbinə öz ifamızı yazdığımız kaseti göndərdik və xoşbəxtlikdən, yay düşərgəsinə qəbul olunduq. Bundan sonra tam təqaüdlə daimi təhsil aldıq. Ailəm eyni zamanda həm sevinirdi, həm də kədərlənirdi. Təhsil yolunda bir işığın olması sevindirici idi, ancaq bu işığın uzaqda və yad bir ölkədə olması kədərli idi. Biz isə onda 14-15 yaşında idik. Xoşbəxtəm ki, həmin vaxt sevinc qalib gəldi və özümü tapmaq və göstərmək üçün qarşımda imkanlar açıldı.
© Photo : courtesy of Emil HudyievEmil Xudıyev
Эмиль Худыев - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Emil Xudıyev
Təhsil
- Klarnet ifaçısı ixtisası üzrə bakalavr diplomunu Klivlend Musiqi İnstitutunda, magistr diplomunu Yel Universitetində, klarnet sənətçisi diplomunu isə Kolbern Konservatoriyasında aldım. İndi Siyetl Universitetində biznes administratoru təhsili alıram, bitirdikdən sonra biznesin idarə edilməsi sahəsində ikinci magistr dərəcəsi alacağam. Yaxşı musiqiçi olmaq üçün yalnız istedadın olması elə də doğru bir nəzəriyyə deyil, çünki istedadın inkişafa, dəstəyə, təkmilləşməyə və təcrübəyə ehtiyacı var.
ABŞ-da həyat
- Amerikada ömrümün çox hissəsini, 20 il yaşadım. Bu ölkə mənə çox yaxşı şeylər bəxş edib, buna görə ona sonsuz minnətdaram. Mən burada hər dəfə qazandığım qrant hesabına ən yaxşı musiqi universitetlərində təhsil almışam. Həmçinin gözəl, xeyirxah, səmimi, qayğıkeş insanlarla tanış olmaq şansım da olub. Burada gözəl pianoçu, Konservatoriyanın məzunu Culiard Nozomi ilə ailə həyatı qurdum. İndi bizim Adelina və Elina adlı iki gözəl qızımız var.
Amerikada rəqabət
- Amerikada, xüsusən də musiqi mühitində rəqabət daha da artır. Dünyanın ən yaxşı musiqiçiləri buraya gəlir və işə düzəlməyə çalışırlar, ancaq eyni zamanda burada çox az vakansiya var. Siettl simfonik orkestrinə işə qəbul olanda 500-dən çox peşəkar klarnetçiylə rəqabət aparırdım. Seçilmək mənə qismət oldu. Bu cür rəqabətin öhdəsindən gəlməyin yeganə yolu dayanmadan məşq etməkdir, bunu da edirəm.
© Photo : courtesy of Emil HudyievEmil Xudıyev anası və qardaşları Fərhad və Eldarla birgə
Эмиль Худыев вместе с матерью и братьями - Фархадом и Эльдаром - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Emil Xudıyev anası və qardaşları Fərhad və Eldarla birgə
Müsabiqələr və həmkarlarla çıxışlar
- Müxtəlif yarışlarda iştirak edib qalib gəldiyim üçün şanslıyam. Onların arasında Parisdə keçirilən Vandoren, Yamaha beynəlxalq müsabiqələrində yüksək mükafatlarım var. Həmçinin Vaşinqton ştatında, Bostondakı Harvard Assosiasiyasında, Yel Kamera Musiqisi Cəmiyyətində keçirilən müsabiqələrdə birinci yerin sahibiyəm. Siettl simfonik orkestrinin üzvü olaraq Qremmi mükafatına layiq görülmüşəm.
Mayami Universiteti tərəfindən “Super Müəllim” mükafatına layiq görüldüm və bu yaxınlarda milli liderlik və uğur cəmiyyətinin mükafatına namizəd oldum.
Dünyanın müxtəlif ölkələrindən olan bir çox həmkarımla eyni səhnədə çıxış etmişəm. Bu siyahı çox uzundur, ən parlaq nümayəndələrdən Yo Yo Ma, İshaq Perelman, Pinkas Zukerman, Kenny G, Gidon Kremer, Emanuel Aksın adını çəkə bilərəm. Bu cür ustalarla səhnəni bölüşmək böyük xoşbəxtlikdir, onların ifa tərzini müşahidə edərək çox şey öyrənmək olur. Dünyada tanınmaqlarına baxmayaraq, ünsiyyətdə sadə və həssas olmaları xüsusilə xoşdur.
Azərbaycanla əlaqə
- Qardaşlarım və anamla 2011-ci ildə Bakıya gəlmişdik. Qardaşım Fərhad o zaman konservatoriyada orkestrə ustad dərsləri keçirdi. Təəssüf ki, bu, çox qısa səfər oldu. Demək olar ki, hər konsertimə Azərbaycan bəstəkarlarının əsərlərini daxil edirəm. Xüsusilə Hacı Xanməmmədovun "Orkestr ilə kamança üçün konserti", Üzeyir Hacıbəylinin "Arşın mal alan", Fərhad Xudiyevin klarnet, skripka və fortepiano triosunu, "Ötəri miniatürləri"ni və Eldar Xudiyevin “Azərbaycan” əsərlərini çox sevirəm.
Pandemiya zamanı həyat
- Pandemiya həyat haqda təsəvvürləri dəyişməyə məcbur etdi. Qeyri-müəyyənlik və hətta xaos gələcək üçün narahatlıq yaratdı. Çünki bir çoxları, o cümlədən məşhur orkestrlər, maliyyə vəsaitlərinin kasadlığı səbəbindən musiqiçiləri işdən çıxarmaq məcburiyyətində qaldılar. Xoşbəxtlikdən, Siettl orkestri bu sınağa dözdü və mövcudluğunu qorudu. Uzun müddət maaşı ikiqat az aldıq, ancaq indi hər şey axarına qayıdıb. Hər ehtimala qarşı, biznes idarəçiliyi sahəsində əlavə diplom almaq qərarına gəldim. Həyatın bütün mümkün çətinliklərinə hazır olmaq lazımdır.
Xəyallar
- Mənim böyük arzum mənə miras olaraq keçib - əcdadlarım kimi, mən də hər şeydə, hər yerdə və sonsuzluğa qədər azadlıq və ədalət arzusundayam. Gəncləri gözəl şeylərə yönəltmək və bacarıqlarımı onlarla bölüşmək üçün musiqi məktəbi açmaq istəyirəm. Həmçinin dünyanı görmək, Qafqazda olmaq, qardaşlarımla birlikdə Azərbaycan, Rusiya, Türkmənistanda konsert salonlarında musiqi nömrələri ilə çıxış etmək və Qəbələ Musiqi Festivalında iştirak etmək istəyirəm.
Xəbər lenti
0