Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Katiblik yaradılıb

© Sputnik / Алексей Куденко / Mediabanka keçidAzərbaycan sərhədçiləri, arxiv şəkli
Azərbaycan sərhədçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.10.2022
Abunə olmaq
Nazirlər Kabineti "Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə” qərar verib.
BAKI, 13 oktyabr — Sputnik. Nazirlər Kabineti "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə" qərar verib.
Qərara əsasən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının (bundan sonra – Komissiya) cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılıb.
Komissiyanın Katibliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında şöbə hüququnda və 5 ştat vahidindən ibarət olmaqla təşkil edilir.
Katiblik:
Komissiyanın, ekspert qrupunun və işçi qrupun fəaliyyət planını, Komissiyanın, ekspert qrupunun və işçi qrupun iclaslarında baxılacaq məsələlərin layihələrini, həmçinin hüquqi aktların layihə- lərini ekspert qrupunun və ya işçi qrupun üzvlərinin iştirakı ilə hazırlayır və müzakirəsini təşkil edir;
Komissiyanın səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Komissiyanın, ekspert qrupunun və ya işçi qrupun iclaslarına çıxarır;
Aidiyyəti dövlət orqanlarından (qurumlarından), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə və təşkilatlardan iclaslarda baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır;
Komissiyanın, ekspert qrupunun və işçi qrupun fəaliyyətini təşkil və koordinasiya edir, Komissiyanın kargüzarlıq işlərini aparır, iclasların protokollarını tərtib edir və iclasların yekun sənədlərinin layihələrini Komissiyanın sədrinə təqdim edir;
Komissiyanın qəbul etdiyi qərarların həyata keçirilməsi ilə əlaqədar zəruri tədbirlər görür, Komissiya tərəfindən həyata keçirilməli olan tədbirlərin monitorinqini aparır, nəticələri barədə aidiyyəti üzrə təqdim edilməsi üçün hesabatlar hazırlayır;
Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların Komissiyanın sədrinin razılığı ilə kütləvi informasiya vasitələrində yayılmasını təmin edir;
Komissiyanın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı digər işləri həyata keçirir.
Nazirlər Kabinetindən verilən xəbərə görə, qərar "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 23 may tarixli 3272 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanıb.
Qərara əsasən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət istiqamətləri və təşkili müəyyən edilib.
Qeyd edək ki, Nazirlər Kabineti bu qərarı “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 23 may tarixli 3272 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə verib.
Həmin Sərəncamın 2-ci hissəsində deyilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etsin.
Xatırladaq ki, həmin Sərəncamala Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb.
Komissiyanın sədri Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı
Laçın Rayon İcra Hakimiyyətinin başçısı
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.
Xəbər lenti
0