https://sputnik.az/20221013/a-nin-texniki-qrupu-ermenistana-gedir-447404281.html
Aİ-nin texniki qrupu Ermənistana gedir
Aİ-nin texniki qrupu Ermənistana gedir
Sputnik Azərbaycan
Sergey Lavrov Ararat Mirzoyanla danışıqlarda deyib ki, Moskva Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının həyata... 13.10.2022, Sputnik Azərbaycan
2022-10-13T14:05+0400
2022-10-13T14:05+0400
2022-10-13T14:06+0400
ermənistan
ai
azərbaycan
sərhəd
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:122:3001:1810_1920x0_80_0_0_cd8d68cb99e8c0cb983931a186a6a0ea.jpg
BAKI, 13 oktyabr — Sputnik. Avropa İttifaqından (Aİ) texniki qrup Ermənistan-Azərbaycan sərhədinə missiyanın yerləşdirilməsi məsələsini müzakirə etmək üçünYerevana səfər edəcək. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyur Ovannisyan jurnalistlərə deyib.Onun sözlərinə görə, texniki qrup Azərbaycanla sərhəddə Aİ missiyasının konkret yerlərini müzakirə etmək üçün bu gün Ermənistana gəlir.Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Astanada ermənistanlı həmkarı Ararat Mirzoyanla danışıqlara başlayarkən deyib ki, Moskva Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının həyata keçirilməsinə töhfə verməyə və onların tezliklə yerinə yetirilməsi üçün nələrin görülməli olduğunu müzakirə etməyə hazırdır.“Biz əlbəttə ki, bu gün Azərbaycanla danışıqlarınızda işlərin necə getdiyini müzakirə etmək istəyirik. Bilirəm ki, bu yaxınlarda Avropada təmaslar olub, media müxtəlif söz-söhbətlərlə, fərziyyələrlə doludur. Təbii ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatının mümkün qədər tez həyata keçirilməsi üçün daha nələr edə biləcəyimizi bu gün nəzərdən keçirmək vacib olardı”, - deyə Lavrov bildirib.Qeyd edək ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.Bu barədə Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.Sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər."Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq.Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib.Missiya oktyabr ayında faəliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi - güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir", - deyə bəyanatda qeyd olunub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:0:2667:2000_1920x0_80_0_0_5bc044ef9376d8135bc473c4828e698b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, ai, azərbaycan, sərhəd, rusiya
ermənistan, ai, azərbaycan, sərhəd, rusiya
Aİ-nin texniki qrupu Ermənistana gedir
14:05 13.10.2022 (Yenilənib: 14:06 13.10.2022) Sergey Lavrov Ararat Mirzoyanla danışıqlarda deyib ki, Moskva Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının həyata keçirilməsinə töhfə verməyə hazırdır.
BAKI, 13 oktyabr — Sputnik. Avropa İttifaqından (Aİ) texniki qrup Ermənistan-Azərbaycan sərhədinə missiyanın yerləşdirilməsi məsələsini müzakirə etmək üçünYerevana səfər edəcək. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyur Ovannisyan jurnalistlərə deyib.
Onun sözlərinə görə, texniki qrup Azərbaycanla sərhəddə Aİ missiyasının konkret yerlərini müzakirə etmək üçün bu gün Ermənistana gəlir.
Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Astanada ermənistanlı həmkarı Ararat Mirzoyanla danışıqlara başlayarkən deyib ki, Moskva Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının həyata keçirilməsinə töhfə verməyə və onların tezliklə yerinə yetirilməsi üçün nələrin görülməli olduğunu müzakirə etməyə hazırdır.
“Biz əlbəttə ki, bu gün Azərbaycanla danışıqlarınızda işlərin necə getdiyini müzakirə etmək istəyirik. Bilirəm ki, bu yaxınlarda Avropada təmaslar olub, media müxtəlif söz-söhbətlərlə, fərziyyələrlə doludur. Təbii ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatının mümkün qədər tez həyata keçirilməsi üçün daha nələr edə biləcəyimizi bu gün nəzərdən keçirmək vacib olardı”, - deyə Lavrov bildirib.
Qeyd edək ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Bu barədə Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.
Sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.
"Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq.
Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib.
Missiya oktyabr ayında faəliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi - güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir", - deyə bəyanatda qeyd olunub.