https://sputnik.az/20221012/umumdunya-sehiyye-teskilati-azerbaycanda-simulyasiya-ve-telim-merkezi-yaradacaq-447337296.html
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda Simulyasiya və Təlim Mərkəzi yaradacaq
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda Simulyasiya və Təlim Mərkəzi yaradacaq
Sputnik Azərbaycan
TƏBİB-in icraçı direktoru ilə ÜST-ün Azərbaycandakı nümayəndəsi arasında bu məsələ müzakirə edilib və ilkin razılıq əldə edilib. 12.10.2022, Sputnik Azərbaycan
2022-10-12T10:55+0400
2022-10-12T10:55+0400
2022-10-12T10:55+0400
ümumdünya səhiyyə təşkilatı
səhiyyə
təbib
https://cdnn1.img.sputnik.az/img/42408/09/424080954_0:160:3073:1888_1920x0_80_0_0_7024c857d16b53b0d38491da9fab564e.jpg
BAKI, 12 oktyabr — Sputnik. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə Simulyasiya və Təlim Mərkəzinin yaradılması ilə bağlı ilkin razılıq əldə edilib.Bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və ÜST-ün Azərbaycandakı nümayəndəsi, ölkə ofisinin rəhbəri Hande Harmancı arasında keçirilən görüşdə müzakirə aparılıb.TƏBİB-dən verilən məlumata görə, görüşdə ÜST-ün eksperti İbrahim Durak, Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli iştirak ediblər.Vüqar Qurbanov ötən müddət ərzində TƏBİB ilə ÜST-ün Bakı ofisi arasında sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu, birgə bir sıra mühüm layihələr həyata keçirildiyini bildirib.İcraçı direktor Azərbaycanda ilkin səhiyyə xidmətinin gücləndirilməsi, xəstəliklərin erkən dövrdə aşkar edilməsi, vətəndaş məmnunluğunun artırılması, tibbi maarifləndirmə istiqamətində əməkdaşlığın ölkə səhiyyəsinin inkişaf etdirilməsində müstəsna rola malik olduğunu qeyd edib.O, ilkin səhiyyə xidmətlərinin inkişaf etdirilməsi üçün tibb işçilərinin, xüsusilə tibb bacılarının intensiv təlimlərə cəlb edilməsinin vacibliyindən danışıb.Hande Harmancı isə öz növbəsində tibb işçilərinin sürətli təcrübə mübadilələrinə cəlb edilməsi üçün TƏBİB-in dəstəyi ilə Simulyasiya və Təlim Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. O, mərkəzin yaradılmasında əsas məqsədin tibb işçilərinin bilik və bacarıqlarının artırılması ilə bərabər yerli təlimçilərin də yetişdirilməsindən ibarət olduğunu bildirib.Daha sonra gələcəkdə birgə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/09/424080954_170:0:2901:2048_1920x0_80_0_0_5ff1cfc447e1a71a83fa23c7beb250d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ümumdünya səhiyyə təşkilatı, təbib
ümumdünya səhiyyə təşkilatı, təbib
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda Simulyasiya və Təlim Mərkəzi yaradacaq
TƏBİB-in icraçı direktoru ilə ÜST-ün Azərbaycandakı nümayəndəsi arasında bu məsələ müzakirə edilib və ilkin razılıq əldə edilib.
BAKI, 12 oktyabr — Sputnik. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə Simulyasiya və Təlim Mərkəzinin yaradılması ilə bağlı ilkin razılıq əldə edilib.
Bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və ÜST-ün Azərbaycandakı nümayəndəsi, ölkə ofisinin rəhbəri Hande Harmancı arasında keçirilən görüşdə müzakirə aparılıb.
TƏBİB-dən verilən məlumata görə, görüşdə ÜST-ün eksperti İbrahim Durak, Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli iştirak ediblər.
Vüqar Qurbanov ötən müddət ərzində TƏBİB ilə ÜST-ün Bakı ofisi arasında sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu, birgə bir sıra mühüm layihələr həyata keçirildiyini bildirib.
İcraçı direktor Azərbaycanda ilkin səhiyyə xidmətinin gücləndirilməsi, xəstəliklərin erkən dövrdə aşkar edilməsi, vətəndaş məmnunluğunun artırılması, tibbi maarifləndirmə istiqamətində əməkdaşlığın ölkə səhiyyəsinin inkişaf etdirilməsində müstəsna rola malik olduğunu qeyd edib.
O, ilkin səhiyyə xidmətlərinin inkişaf etdirilməsi üçün tibb işçilərinin, xüsusilə tibb bacılarının intensiv təlimlərə cəlb edilməsinin vacibliyindən danışıb.
Hande Harmancı isə öz növbəsində tibb işçilərinin sürətli təcrübə mübadilələrinə cəlb edilməsi üçün TƏBİB-in dəstəyi ilə Simulyasiya və Təlim Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. O, mərkəzin yaradılmasında əsas məqsədin tibb işçilərinin bilik və bacarıqlarının artırılması ilə bərabər yerli təlimçilərin də yetişdirilməsindən ibarət olduğunu bildirib.
Daha sonra gələcəkdə birgə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.