https://sputnik.az/20221012/turkiyenin-avropa-ttifaqina-uzvluk-danisiqlari-dalana-direnib-447342260.html
Türkiyənin Avropa İttifaqına üzvlük danışıqları dalana dirənib
Türkiyənin Avropa İttifaqına üzvlük danışıqları dalana dirənib
Sputnik Azərbaycan
Hesabatda deyilir ki, demokratiya, qanunun aliliyi, fundamental hüquqlar və məhkəmə sisteminin müstəqilliyi sahələrində ciddi geriləmə olub. 12.10.2022, Sputnik Azərbaycan
2022-10-12T13:04+0400
2022-10-12T13:04+0400
2022-10-12T13:04+0400
ai
dünya xəbərləri
türkiyə
avropa ittifaqı
mövlüd çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333715_0:0:3113:1751_1920x0_80_0_0_ad5468f73c4dedc5e57b4960cc9d7277.jpg
BAKI, 12 oktyabr — Sputnik. Avropa Komissiyası (AK) Türkiyənin Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarının hələ də dalana dirəndiyini bildirib. Bu barədə çərşənbə günü "Welt" qəzeti Avropa Birliyinə üzv olmaq istəyən ölkələrlə bağlı hesabata istinadən məlumat yayıb.Nəşrin məlumatına görə, Türkiyə ilə bağlı hesabat çox kritikdir. "Türkiyə ilə üzvlük danışıqları hələ də çıxılmaz vəziyyətdədir. Türkiyə Avropa İttifaqına daxil olmaq üçün mənfi tendensiyanı dəyişməyib".Hesabatda deyilir ki, demokratiya, qanunun aliliyi, fundamental hüquqlar və məhkəmə sisteminin müstəqilliyi sahələrində ciddi geriləmə olub. Eyni zamanda, "bu məsələlər üzrə dialoqun Aİ ilə Türkiyə arasında münasibətlərin tərkib hissəsi olaraq qaldığı göstərilir.Eyni zamanda, Avropa Komissiyası Türkiyənin mühüm strateji rolunu vurğulayıb. "Aİ Şərqi Aralıq dənizində sabit və təhlükəsiz mühitin olmasında və Türkiyə ilə münasibətlərin əməkdaşlıq və qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsində strateji cəhətdən maraqlıdır. Bununla belə, Aİ də özünün və üzv dövlətlərin maraqlarını qorumağa hazırdır", - mətndə deyilir.Bundan əlavə, AK Türkiyə hökumətinin Ukrayna münaqişəsində vasitəçilik səylərini yüksək qiymətləndirib. Eyni zamanda Avropa Komissiyası Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı Türkiyənin mövqeyindən narazılığını bildirib. "Türkiyənin Aİ-yə məhdudlaşdırıcı tədbirlərə qoşulmaması, xüsusən də gömrük orqanları çərçivəsində hərbi və qeyri-hərbi məqsədlər üçün istifadə oluna bilən malların sərbəst dövriyyəsi narahatlıq doğurur", - deyə hesabatda qeyd olunur.Xatırladaq ki, ötən gün Türkiyə XİN rəhbəri yerli KİV-ə müsahibəsində bildirib ki, Türkiyə Rusiyaya qarşı birtərəfli sanksiyalara qoşulmur."Qərb Rusiya ilə danışmalıdır, Moskva ilə dialoq olmadan atəşkəslə bağlı razılıq əldə etmək mümkün deyil. Sonda kimlə danışmalı olacaqsınız, kiminlə danışıqlar aparacaqsınız? Söhbət münaqişənin qarşı tərəfi olan Ukrayna ərazilərindən gedir. Bu, bizim mövqeyimizdir. Təəssüf ki, danışıqlar və sülh prosesindən uzaqlaşıldı, bu fürsət əldən verildi. Üçüncü ölkələrin müdaxilə etdiyini görürük", - deyə Çavuşoğlu bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333715_52:0:2783:2048_1920x0_80_0_0_f0f204ba751579bdf78d8b29a998c13e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ai, türkiyə, avropa ittifaqı, mövlüd çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
ai, türkiyə, avropa ittifaqı, mövlüd çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
Türkiyənin Avropa İttifaqına üzvlük danışıqları dalana dirənib
Hesabatda deyilir ki, demokratiya, qanunun aliliyi, fundamental hüquqlar və məhkəmə sisteminin müstəqilliyi sahələrində ciddi geriləmə olub.
BAKI, 12 oktyabr — Sputnik. Avropa Komissiyası (AK) Türkiyənin Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarının hələ də dalana dirəndiyini bildirib. Bu barədə çərşənbə günü "Welt" qəzeti Avropa Birliyinə üzv olmaq istəyən ölkələrlə bağlı hesabata istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Türkiyə ilə bağlı hesabat çox kritikdir. "Türkiyə ilə üzvlük danışıqları hələ də çıxılmaz vəziyyətdədir. Türkiyə Avropa İttifaqına daxil olmaq üçün mənfi tendensiyanı dəyişməyib".
Hesabatda deyilir ki, demokratiya, qanunun aliliyi, fundamental hüquqlar və məhkəmə sisteminin müstəqilliyi sahələrində ciddi geriləmə olub. Eyni zamanda, "bu məsələlər üzrə dialoqun Aİ ilə Türkiyə arasında münasibətlərin tərkib hissəsi olaraq qaldığı göstərilir.
Eyni zamanda, Avropa Komissiyası Türkiyənin mühüm strateji rolunu vurğulayıb. "Aİ Şərqi Aralıq dənizində sabit və təhlükəsiz mühitin olmasında və Türkiyə ilə münasibətlərin əməkdaşlıq və qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsində strateji cəhətdən maraqlıdır. Bununla belə, Aİ də özünün və üzv dövlətlərin maraqlarını qorumağa hazırdır", - mətndə deyilir.
Bundan əlavə, AK Türkiyə hökumətinin Ukrayna münaqişəsində vasitəçilik səylərini yüksək qiymətləndirib. Eyni zamanda Avropa Komissiyası Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı Türkiyənin mövqeyindən narazılığını bildirib. "Türkiyənin Aİ-yə məhdudlaşdırıcı tədbirlərə qoşulmaması, xüsusən də gömrük orqanları çərçivəsində hərbi və qeyri-hərbi məqsədlər üçün istifadə oluna bilən malların sərbəst dövriyyəsi narahatlıq doğurur", - deyə hesabatda qeyd olunur.
Xatırladaq ki, ötən gün Türkiyə XİN rəhbəri yerli KİV-ə müsahibəsində bildirib ki, Türkiyə Rusiyaya qarşı birtərəfli sanksiyalara qoşulmur.
"Qərb Rusiya ilə danışmalıdır, Moskva ilə dialoq olmadan atəşkəslə bağlı razılıq əldə etmək mümkün deyil. Sonda kimlə danışmalı olacaqsınız, kiminlə danışıqlar aparacaqsınız? Söhbət münaqişənin qarşı tərəfi olan Ukrayna ərazilərindən gedir. Bu, bizim mövqeyimizdir. Təəssüf ki, danışıqlar və sülh prosesindən uzaqlaşıldı, bu fürsət əldən verildi. Üçüncü ölkələrin müdaxilə etdiyini görürük", - deyə Çavuşoğlu bildirib.