SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran və Türkiyə Cənubi Qafqazda fikir ayrılıqlarının həllinə kömək edə bilər - Vilayəti

© AP Photo / Ebrahim Norooziİranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti
İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti - Sputnik Azərbaycan, 1920, 12.10.2022
Abunə olmaq
İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri bildirib ki, bu istiqamətdə 3+3 formatında addımlar atıla bilər.
BAKI, 12 oktyabr — Sputnik. İran və Türkiyə məhsuldar danışıqlar yolu ilə Cənubi Qafqazda Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın iştirakı ilə 3+3 formatında fikir ayrılıqlarının həllinə kömək edə bilər. Bunu İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.
"İslam dünyası üçün mühüm əhəmiyyət kəsb edən və regionun problemlərinin həlli üçün danışıqlarda mükəmməl təcrübəyə malik iki qonşu ölkə - İran və Türkiyə arasında məhsuldar danışıqların davamlılığı təsirli ola bilər. Biz bu istiqamətdə 3+3 formatında addımlar ata bilərik", - deyə Vilayəti bildirib.
Qeyd edək ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar yerləşdirməyə başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Xəbər lenti
0