https://sputnik.az/20221012/qlobal-enerji-arxitekturasi-dinamik-olaraq-deyisir---perviz-sahbazov-447373230.html
Qlobal enerji arxitekturası dinamik olaraq dəyişir - Pərviz Şahbazov
Qlobal enerji arxitekturası dinamik olaraq dəyişir - Pərviz Şahbazov
Sputnik Azərbaycan
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskvada keçirilən Rusiya Enerji Həftəsində çıxış edib. 12.10.2022, Sputnik Azərbaycan
2022-10-12T19:41+0400
2022-10-12T19:41+0400
2022-10-12T19:41+0400
energetika naziri pərviz şahbazov
iqtisadiyyat
moskva
neft
enerji
xəzər
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447366922_0:203:2920:1846_1920x0_80_0_0_bb2cbcce5fae5a15e770eca66ee098c7.jpg
BAKI, 12 oktyabr — Sputnik. Təbii qaz yaxın zamanlarda ölkələrin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsməklə bərabər, həmçinin enerji keçidində böyük rol oynayır.Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskvada keçirilən Rusiya Enerji Həftəsində çıxışı zamanı bildirib."Bu bizə konkret mesaj verir ki, yaxın onilliklərdə təbii qaz enerji keçidinin əsas komponentlərindən biri kimi olduqca əhəmiyyətli rola malik olacaq", - nazir bildirib.Onun sözlərinə görə, bu gün "yaşıl energetika" kifayət qədər dinamik inkişaf edir:"Bunu bilmək üçün bu sahədə baş verən hadisələrə, bu sahəyə yatırılan investisiyalara və güclərə baxmaq kifayətdir".P.Şahbazov qeyd edib ki, 2021-ci ildə dünyada artıq 250 qeqavatt bərpa olunan enerji yaradılıb və bu sahəyə 360 milyard ABŞ dolları həcmində investisiya yatırılıb:"Bu, karbohidrogen resurslarına yatırılan vəsaitdən çoxdur. Bütün bu faktlar da onu göstərir ki, bundan sonra da "yaşıl energetika" inkişaf edəcək".Nazir onu da bildirib ki, burada əsas məsələ, bu prosesin necə ağrılı keçəcəyidir:"Təbii ki, bizə enerji keçidinin məntiqli prosesi lazımdır və bunu da biz məntiqlə yaxşıca planlaşdırmalıyıq. Bizim hamımızın yaşadığı qlobal enerji böhranı gətirib ona çıxarıb ki, bu gün ən azı təbii qaz ən vacib enerji resursu kimi baxılmağa başlanılıb".Daha sonra P.Şahbazov, söhbət neftdən gedirsə, prinsipcə, neftin enerji yanacağı qismində geriləyəcəyini diqqətə çatdırıb:Nazir onu da vurğulayıb ki, hazırda "yaşıl energetika"nın olduqca güclü beynəlxalq siyasi, investisiya dəstəyinə malik olduğu faktdır:"Artıq özünün enerji təhlükəsizliyini həll etmiş ölkələr artıq daha etibarlı səviyyədədirlər. Onlar özünün enerji keçidini daha optimal olaraq həyata keçirə bilirlər. Yəni "yaşıl enerji"yə keçidi daha optimal olaraq həyata keçirirlər. Bu nöqteyi-nəzərdən, Azərbaycan ənənəvi neft və qaz istehsalçısı ölkəsi olaraq bununla bağlı çox ciddi tədbirlər görür. Artıq Azərbaycan 4 700 meqavat gücündə külək və günəş elektrik enerjisinin istehsalı ilə bağlı xarici investisiyalı layihələrin inşası ilə bağlı razılıqlar əldə etmişik. Növbəti mərhələdə daha 6 qeqavatt gücündə enerjinin reallaşıdırlmasını həyata keçirməyi planlaşdırırıq".P.Şahbazov sonda bildirib ki, Azərbaycanda quruda ümumi həcmi 26 qeqavat günəş və külək enerjisi potensialı da mövcuddur:Xatırladaq ki, energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə cari ilin 12-14 oktyabr tarixlərində Moskva şəhərində keçiriləcək “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumunda iştirak edəcək.Bir sıra ölkələrin hökumət nümayəndələrinin, energetika sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, nüfuzlu şirkətlərin rəhbərlərinin və aparıcı ekspertlərin qatılacağı Forumda ənənəvi və bərpa olunan enerji mənbələrindən istifadə, energetika sahəsində qlobal bazarlarda əməkdaşlıq, enerji keçidi və digər aktual məsələlər ətrafında müzakirələrin aparılacağı gözlənilir.Forumda energetika nazirinin “Yeni çağırışlar, yeni imkanlar. Dünya neft-qaz bazarını nə gözləyir?” adlı paneldə müzakirələrə qatılması və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447366922_95:0:2826:2048_1920x0_80_0_0_fc214502574d108f9ce369b670475a7d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
energetika naziri pərviz şahbazov, moskva, neft, enerji, xəzər
energetika naziri pərviz şahbazov, moskva, neft, enerji, xəzər
Qlobal enerji arxitekturası dinamik olaraq dəyişir - Pərviz Şahbazov
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskvada keçirilən Rusiya Enerji Həftəsində çıxış edib.
BAKI, 12 oktyabr — Sputnik. Təbii qaz yaxın zamanlarda ölkələrin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsməklə bərabər, həmçinin enerji keçidində böyük rol oynayır.
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskvada keçirilən Rusiya Enerji Həftəsində çıxışı zamanı bildirib.
"Bu bizə konkret mesaj verir ki, yaxın onilliklərdə təbii qaz enerji keçidinin əsas komponentlərindən biri kimi olduqca əhəmiyyətli rola malik olacaq", - nazir bildirib.
Onun sözlərinə görə, bu gün "yaşıl energetika" kifayət qədər dinamik inkişaf edir:
"Bunu bilmək üçün bu sahədə baş verən hadisələrə, bu sahəyə yatırılan investisiyalara və güclərə baxmaq kifayətdir".
P.Şahbazov qeyd edib ki, 2021-ci ildə dünyada artıq 250 qeqavatt bərpa olunan enerji yaradılıb və bu sahəyə 360 milyard ABŞ dolları həcmində investisiya yatırılıb:
"Bu, karbohidrogen resurslarına yatırılan vəsaitdən çoxdur. Bütün bu faktlar da onu göstərir ki, bundan sonra da "yaşıl energetika" inkişaf edəcək".
Nazir onu da bildirib ki, burada əsas məsələ, bu prosesin necə ağrılı keçəcəyidir:
"Təbii ki, bizə enerji keçidinin məntiqli prosesi lazımdır və bunu da biz məntiqlə yaxşıca planlaşdırmalıyıq. Bizim hamımızın yaşadığı qlobal enerji böhranı gətirib ona çıxarıb ki, bu gün ən azı təbii qaz ən vacib enerji resursu kimi baxılmağa başlanılıb".
Daha sonra P.Şahbazov, söhbət neftdən gedirsə, prinsipcə, neftin enerji yanacağı qismində geriləyəcəyini diqqətə çatdırıb:
"Ancaq neft neft-kimya istehsalı sahəsində hər zaman tələbata malik olacaq. Neft-qaz sektoru özünün mövcudluğunu davam etdirəcək. Bu sahə özünün müəyyən inkişafını davam etdirəcək. Bu sahə transformasiya edəcək və ola bilsin ki, indikindən tamam fərqli şəkil alacaq. Çünki hazırda biz görürük ki, qlobal enerji böhranı zamanı bütün qlobal enerji arxitekturası dinamik olaraq dəyişir. Ancaq bununla belə, neft və qaz sektorunun rolu, qeyd etdiyim kimi, saxlanılacaq".
Nazir onu da vurğulayıb ki, hazırda "yaşıl energetika"nın olduqca güclü beynəlxalq siyasi, investisiya dəstəyinə malik olduğu faktdır:
"Artıq özünün enerji təhlükəsizliyini həll etmiş ölkələr artıq daha etibarlı səviyyədədirlər. Onlar özünün enerji keçidini daha optimal olaraq həyata keçirə bilirlər. Yəni "yaşıl enerji"yə keçidi daha optimal olaraq həyata keçirirlər. Bu nöqteyi-nəzərdən, Azərbaycan ənənəvi neft və qaz istehsalçısı ölkəsi olaraq bununla bağlı çox ciddi tədbirlər görür. Artıq Azərbaycan 4 700 meqavat gücündə külək və günəş elektrik enerjisinin istehsalı ilə bağlı xarici investisiyalı layihələrin inşası ilə bağlı razılıqlar əldə etmişik. Növbəti mərhələdə daha 6 qeqavatt gücündə enerjinin reallaşıdırlmasını həyata keçirməyi planlaşdırırıq".
P.Şahbazov sonda bildirib ki, Azərbaycanda quruda ümumi həcmi 26 qeqavat günəş və külək enerjisi potensialı da mövcuddur:
"Xəzər dənizinin Azərbaycan sektorunda böyük həcmdə elektrik gücləri mövcuddur ki, bu da gələcəkdə həm daxili tələbata, həm də tərəfdaşlarımız və qonşularımıza tədarük üçün istifadə ediləcək".
Xatırladaq ki, energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə cari ilin 12-14 oktyabr tarixlərində Moskva şəhərində keçiriləcək “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumunda iştirak edəcək.
Bir sıra ölkələrin hökumət nümayəndələrinin, energetika sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, nüfuzlu şirkətlərin rəhbərlərinin və aparıcı ekspertlərin qatılacağı Forumda ənənəvi və bərpa olunan enerji mənbələrindən istifadə, energetika sahəsində qlobal bazarlarda əməkdaşlıq, enerji keçidi və digər aktual məsələlər ətrafında müzakirələrin aparılacağı gözlənilir.
Forumda energetika nazirinin “Yeni çağırışlar, yeni imkanlar. Dünya neft-qaz bazarını nə gözləyir?” adlı paneldə müzakirələrə qatılması və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.