https://sputnik.az/20221012/qanunsuz-agaclari-kesdiler-mese-erazilerini-zebt-etdiler---cinayet-isleri-baslanib-447341839.html
Qanunsuz ağacları kəsdilər, meşə ərazilərini zəbt etdilər - Cinayət işləri başlanıb
Qanunsuz ağacları kəsdilər, meşə ərazilərini zəbt etdilər - Cinayət işləri başlanıb
Sputnik Azərbaycan
Kürdəmir, Cəlilabad, Lerik və Qax rayonlarının ərazilərində ağackəsmə və meşə ərazilərinin zəbti faktları ilə bağlı araşdırma aparılıb. Ümumillikdə ekosistemə... 12.10.2022, Sputnik Azərbaycan
2022-10-12T12:34+0400
2022-10-12T12:34+0400
2022-10-12T12:34+0400
ağacların kəsilməsi
azərbaycan xəbərləri
baş prokurorluq
https://cdnn1.img.sputnik.az/img/41145/06/411450680_0:66:1920:1146_1920x0_80_0_0_1135f800e7ef2f9e5ba47523456171c9.jpg
BAKI, 12 oktyabr — Sputnik. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Kürdəmir, Cəlilabad, Lerik və Qax rayonlarının ərazilərində qanunsuz ağackəsmə və meşə ərazilərinin zəbti faktları ilə bağlı araşdırma aparılıb.Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış araşdırmalarla Kürdəmir rayonu, Karrar kəndində dövlət mülkiyyətində olan meşə fonduna daxil olmayan torpaq sahəsində, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad rayonu ərazisində yerləşən Göytəpə meşəbəyliyinin 19 saylı meşə dolayında dövlət mülkiyyətində olan, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində yerləşən Gürdəsər meşəbəyliyinin 8 saylı dolayında, habelə Vizəzəmin meşəbəyliyinin 18 saylı dolayında dövlət mülkiyyətində olan meşə fonduna daxil olan torpaq sahəsində ümumilikdə 130 ədəd ağac və 95 ədəd kolun kəsilməsi, həmçinin Qax rayonu ərazisində yerləşən Qıpçaq meşəbəyliyinin 7 saylı dolayına aid torpaq sahəsi Avtandil Babacanaşvili tərəfindən özbaşına tutulması nəticəsində ümumillikdə ekosistemə 24 min manatdan çox ziyan dəyməsi müəyyən edilib.Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət,istifadə və icarə hüququnu pozma), 259.1 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.Xatırladaq ki, bundan öncə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Bakı və Mingəçevir şəhərləri, habelə Yardımlı və Balakən rayonları ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.Araşdırmalarla paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "İnteks" MMC-nin istifadəsində olan dövlət mülkiyyətində olan torpaq sahəsində, Səbail rayonu ərazisində "Sabah Residence" MTK-nın xüsusi mülkiyyətində olan torpaq sahəsində 22 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə 194 min manatdan çox məbləğdə maddi ziyanın dəyməsi müəyyən edilib.Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla, habelə qulluq mövqeyindən istifadə etməklə ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41145/06/411450680_0:0:1920:1440_1920x0_80_0_0_7fabd180095cdebe3da1c3119a2f8a78.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ağacların kəsilməsi, baş prokurorluq
ağacların kəsilməsi, baş prokurorluq
Qanunsuz ağacları kəsdilər, meşə ərazilərini zəbt etdilər - Cinayət işləri başlanıb
Kürdəmir, Cəlilabad, Lerik və Qax rayonlarının ərazilərində ağackəsmə və meşə ərazilərinin zəbti faktları ilə bağlı araşdırma aparılıb. Ümumillikdə ekosistemə 24 min manatdan çox ziyan dəyib.
BAKI, 12 oktyabr — Sputnik. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Kürdəmir, Cəlilabad, Lerik və Qax rayonlarının ərazilərində qanunsuz ağackəsmə və meşə ərazilərinin zəbti faktları ilə bağlı araşdırma aparılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış araşdırmalarla Kürdəmir rayonu, Karrar kəndində dövlət mülkiyyətində olan meşə fonduna daxil olmayan torpaq sahəsində, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad rayonu ərazisində yerləşən Göytəpə meşəbəyliyinin 19 saylı meşə dolayında dövlət mülkiyyətində olan, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində yerləşən Gürdəsər meşəbəyliyinin 8 saylı dolayında, habelə Vizəzəmin meşəbəyliyinin 18 saylı dolayında dövlət mülkiyyətində olan meşə fonduna daxil olan torpaq sahəsində ümumilikdə 130 ədəd ağac və 95 ədəd kolun kəsilməsi, həmçinin Qax rayonu ərazisində yerləşən Qıpçaq meşəbəyliyinin 7 saylı dolayına aid torpaq sahəsi Avtandil Babacanaşvili tərəfindən özbaşına tutulması nəticəsində ümumillikdə ekosistemə 24 min manatdan çox ziyan dəyməsi müəyyən edilib.
Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət,istifadə və icarə hüququnu pozma), 259.1 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Xatırladaq ki, bundan öncə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Bakı və Mingəçevir şəhərləri, habelə Yardımlı və Balakən rayonları ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Araşdırmalarla paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "İnteks" MMC-nin istifadəsində olan dövlət mülkiyyətində olan torpaq sahəsində, Səbail rayonu ərazisində "Sabah Residence" MTK-nın xüsusi mülkiyyətində olan torpaq sahəsində 22 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə 194 min manatdan çox məbləğdə maddi ziyanın dəyməsi müəyyən edilib.
Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla, habelə qulluq mövqeyindən istifadə etməklə ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.