Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pərviz Şahbazov Rusiya Baş nazirinin müavini ilə görüşüb

© Photo : Ministry of Energy (Azerbaijan)Министр энергетики АР Парвиз Шахбазов провел в Москве встречу с вице-премьером РФ Александром Новаком
Министр энергетики АР Парвиз Шахбазов провел в Москве встречу с вице-премьером РФ Александром Новаком - Sputnik Azərbaycan, 1920, 12.10.2022
Abunə olmaq
Görüşdə Azərbaycan və Rusiya arasında enerji sahəsində ikitərəfli əlaqələrin inkişafına və “OPEC plus” formatı çərçivəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib.
BAKI, 12 oktyabr - Sputnik. Energetika naziri Pərviz Şahbazov Moskvada “Rusiya Enerji Həftəsi” çərçivəsində Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakla görüşüb.
Bu barədə Energetika Nazirliyindən bildirilib.
İki ölkə arasında müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib. Enerji əməkdaşlığının ikitərəfli münasibətlərdə mühüm rolu qeyd olunub.
Görüşdə Azərbaycan və Rusiya arasında enerji sahəsində ikitərəfli əlaqələrin inkişafına və “OPEC plus” formatı çərçivəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib. Elektrik enerjisi, bərpa olunan enerji, eləcə də neft-qaz üzrə enerji əməkdaşlığının genişləndirilməsi perspektivləri nəzərdən keçirilib. Həmçinin Şimal-Cənub elektrik enerjisi dəhlizinin yaradılması istiqamətində görülən işlərlə bağlı da fikir mübadiləsi aparılıb.
Pərviz Şahbazov - Sputnik Azərbaycan, 1920, 11.10.2022
İQTİSADİYYAT
Azərbaycanın energetika naziri Rusiya Enerji Həftəsində iştirak edəcək
Xəbər lenti
0