SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib

Prezidenti İlham Əliyev  - Sputnik Azərbaycan, 1920, 12.10.2022
Abunə olmaq
Dövlətimizin başçısını Qazaxıstanın Baş naziri Əlixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.
BAKI, 12 oktyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri oktyabrın 12-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Bişkek şəhərinin "Manas" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyevi Qırğızıstan Prezidenti Sadır Japarov yola salıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gəlib.
Oktyabrın 11-də Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.
Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin, Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasimi keçirilib.
Bişkekdəki "Ala-Arça" Dövlət Təbiət Parkında mədəni proqram olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Prezidenti Sadır Japarov tədbirdə iştirak ediblər.
İlham Əliyev Qazaxıstana səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstan Respublikasına işgüzar səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Qazaxıstanın Baş naziri Əlixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.
Xəbər lenti
0