Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Ermənistan Azərbaycan Ordusunun mühəndis texnikasını atəşə tutub

© AR Ministry of DefenceAzad olunan ərazilərdə Mühəndis Qoşunlarının fəaliyyəti davam edir
Azad olunan ərazilərdə Mühəndis Qoşunlarının fəaliyyəti davam edir - Sputnik Azərbaycan, 1920, 12.10.2022
Abunə olmaq
Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
BAKI, 12 oktyabr — Sputnik. Oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Xatırladaq ki, oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Xəbər lenti
0