https://sputnik.az/20221012/bezi-olkeler-muzdlularin-ekstradisiyasi-uzre-emekdasliq-etmek-istemir---bas-prokuror-447337162.html
Bəzi ölkələr muzdluların ekstradisiyası üzrə əməkdaşlıq etmək istəmir - Baş prokuror
Bəzi ölkələr muzdluların ekstradisiyası üzrə əməkdaşlıq etmək istəmir - Baş prokuror
Sputnik Azərbaycan
Baş prokuror Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Gəncədə törədilən terror hadisəsinin baş verdiyi əraziyə gəlib, həlak olan dinc sakinlərin... 12.10.2022, Sputnik Azərbaycan
2022-10-12T10:44+0400
2022-10-12T10:44+0400
2022-10-12T10:51+0400
kamran əliyev
cəmiyyət
baş prokurorluq
baş prokuror
muzdlu
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425107331_0:319:3074:2048_1920x0_80_0_0_1636bdacb7350fb84a3b8b9ef2cb7897.jpg
BAKI, 12 oktyabr — Sputnik. Azərbaycanın Baş prokuroru Kamran Əliyev Gəncə şəhərində səfərdədir.Baş prokuror Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Gəncədə törədilən terror hadisəsinin baş verdiyi əraziyə gəlib, həlak olan dinc sakinlərin xatirəsini anıb.Gəncədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib ki, ermənilər 30 il bundan qabaq da Azərbaycana qarşı təcavüz ediblər. İstər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsi dövründə ermənilər muzdlu döyüşçülərdən istifadə ediblər.O bildirib ki, bununla bağlı onlarda konkret faktlar var: "Muzdluların şəxsiyyəti bizə bəllidir. Onların bir çoxu xarici ölkə vətəndaşlarıdır. Bununla bağlı Baş Prokurorluq tərəfindən vəsatətlər göndərilib. Bu sahədə gördüyümüz işlər davam etdirilir".Baş prokuror qeyd edib ki, həmin şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində işlər aparılır: "Burada bir az çətinliklər, mürəkkəbliklər var. Onların ekstradisiyası ilə bağlı problemlər var. Təəssüf ki, bəzi ölkələr bununla bağlı əməkdaşlıq eləmək istəmir. Amma bilirsiniz ki, Xocalı dövründə, Birinci Qarabağ müharibəsində iştirak etmiş cinayətkarları Vətən Müharibəsindən sonra tutub məhkəmə məsuliyyətinə cəlb etdik. Real olaraq onların məhkəmə kürsüsündə mühakimə olunmaqlarını təmin etdik. Digərlərini də bu cür mühakimə edəcəyik. Qeyd etmək istəyirəm ki, bizim başlatdığımız cinayət işləri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində biz onları istifadə edirik. Biz sübutları onlara təqdim etmişik. Ermənistanın bir dövlət kimi siyasətinin zidd olduğunu biz sübut edirik".Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425107331_0:0:2731:2048_1920x0_80_0_0_7305bb574d8e8fc664962acce345fd72.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kamran əliyev, baş prokurorluq, baş prokuror, muzdlu
kamran əliyev, baş prokurorluq, baş prokuror, muzdlu
Bəzi ölkələr muzdluların ekstradisiyası üzrə əməkdaşlıq etmək istəmir - Baş prokuror
10:44 12.10.2022 (Yenilənib: 10:51 12.10.2022) Baş prokuror Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Gəncədə törədilən terror hadisəsinin baş verdiyi əraziyə gəlib, həlak olan dinc sakinlərin xatirəsini anıb.
BAKI, 12 oktyabr — Sputnik. Azərbaycanın Baş prokuroru Kamran Əliyev Gəncə şəhərində səfərdədir.
Baş prokuror Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Gəncədə törədilən terror hadisəsinin baş verdiyi əraziyə gəlib, həlak olan dinc sakinlərin xatirəsini anıb.
Gəncədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib ki, ermənilər 30 il bundan qabaq da Azərbaycana qarşı təcavüz ediblər. İstər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsi dövründə ermənilər muzdlu döyüşçülərdən istifadə ediblər.
O bildirib ki, bununla bağlı onlarda konkret faktlar var: "Muzdluların şəxsiyyəti bizə bəllidir. Onların bir çoxu xarici ölkə vətəndaşlarıdır. Bununla bağlı Baş Prokurorluq tərəfindən vəsatətlər göndərilib. Bu sahədə gördüyümüz işlər davam etdirilir".
Baş prokuror qeyd edib ki, həmin şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində işlər aparılır: "Burada bir az çətinliklər, mürəkkəbliklər var. Onların ekstradisiyası ilə bağlı problemlər var. Təəssüf ki, bəzi ölkələr bununla bağlı əməkdaşlıq eləmək istəmir. Amma bilirsiniz ki, Xocalı dövründə, Birinci Qarabağ müharibəsində iştirak etmiş cinayətkarları Vətən Müharibəsindən sonra tutub məhkəmə məsuliyyətinə cəlb etdik. Real olaraq onların məhkəmə kürsüsündə mühakimə olunmaqlarını təmin etdik. Digərlərini də bu cür mühakimə edəcəyik. Qeyd etmək istəyirəm ki, bizim başlatdığımız cinayət işləri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində biz onları istifadə edirik. Biz sübutları onlara təqdim etmişik. Ermənistanın bir dövlət kimi siyasətinin zidd olduğunu biz sübut edirik".
Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb.