https://sputnik.az/20221011/torpagi-ekmeyenler-iki-yuz-manat-vergi-odeyecekler-447271370.html
Torpağı əkməyənlər iki yüz manat vergi ödəyəcəklər
Torpağı əkməyənlər iki yüz manat vergi ödəyəcəklər
Sputnik Azərbaycan
Nazirlik rəsmisinin sözlərinə görə, təyinatı üzrə istifadə olunmayan torpaqlardan alınan vergi artırılacaq. Torpaqlarla bağlı aidiyyəti qurumların bazasında... 11.10.2022, Sputnik Azərbaycan
2022-10-11T09:27+0400
2022-10-11T09:27+0400
2022-10-11T09:27+0400
torpaq
iqtisadiyyat
vergi
kənd təsərrüfatı
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439304925_0:42:740:458_1920x0_80_0_0_087dfa597e550603943bcca290062fae.jpg
BAKI, 11 oktyabr — Sputnik. Azərbaycanda təyinatı üzrə istifadə olunmayan torpaqlardan alınan vergi artırılacaq. Əgər torpaq sahəsi əkilmirsə, torpaq vergisi qaldırılacaq. Bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev mediaya açıqlamasında deyib.O qeyd edib ki, torpaqdan təyinatı üzrə istifadə etməyənlər 200 manat vergi ödəyəcəklər. Torpaqdan təyinatı üzrə istifadə edənlər isə hazırda olduğu kimi, hər hektara 6 manat vergi ödəyəcəklər. Torpaqlarla bağlı aidiyyəti qurumların bazasında olan məlumatlar inteqrasiya ediləcək.Nazirlər Kabinetinin qərarıQeyd edək ki, Baş nazir Əli Əsədovun qərarı ilə sentyabrın 19-da "Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası" təsdiq edilib.Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə məlumatların toplanması, onlara dair arayışın formalaşdırılması və Dövlət Vergi Xidmətinə və müvafiq bələdiyyəyə ötürülməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tərkibində kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə dair "Kənd təsərrüfatı torpaqlarının istifadəsi" altsistemi yaradılacaq.Bu məlumatlar EKTİS-ə inteqrasiya olunacaq və müntəzəm yenilənən peyk çəkilişləri, arxiv ortofotoplanları, müxtəlif layihələr üzrə vektor məlumatları, dron müşahidələri və s. vizual məlumatlar vasitəsilə dəqiqləşdiriləcək.Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqlara torpaq vergisinin hesablanması məqsədilə hazırlanan arayışlar EKTİS-də elektron qaydada formalaşdırılacaq, SMS, elektron poçt və ya bilavasitə EKTİS vasitəsilə fermerləri məlumatlandırmaqla onların şəxsi kabinetinə göndəriləcək.Əkilməyən torpaqlar çoxdurAqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a torpağı əkməyənlər üçün verginin qaldırılmasının tərəfdarı olduğunu deyib: "Əkilməyən torpaqlar çoxdur. Adi fermer, kəndli həmin torpaqları boş saxlamır, əkir. Amma bir sıra hallarda imkanlı şəxslər belə torpaqları əkmirlər. Torpaq əkilmək üçündür, boş qalması düzgün deyil. Hazırda monitorinqlər zamanı, peyk vasitəsilə torpaqların əkilib-əkilmədiyi bilinir. Əkin subsidiyaların verilməsində də monitorinqlər aparılır, məsələ dəqiqləşdirilir".Qeyd edək ki, torpaq vergisinin hesablanması məqsədilə hazırlanan arayışlarda torpaq mülkiyyətçisinin və ya istifadəçisinin (icarəçisinin) əlaqə vasitəsi, şəxsiyyətini təsdiq edən sənədin rekvizitləri (vergi ödəyicisi olduğu halda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi), torpaq sahəsinin ölçüsü, mülkiyyət növü, yerləşdiyi ərazi, məqsədli təyinatı və istifadə edilməməsi səbəbləri barədə məlumatlar qeyd ediləcək.Torpağın mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi bu arayışla razı olmadıqda inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.Təyinatı üzrə istifadə edilən kənd təsərrüfatı təyinatlı torpaqlar aşağıdakı meyarlar əsasında müəyyən edilir:-torpaqların bitkiçilik məhsullarının istehsalı üçün əkin və ya çoxillik əkmələrin altında olması və yaxud dincə qoyulması;-torpaqlardan heyvandarlığın təşkili və inkişafı üçün biçənək, örüş, yay və qış otlağı kimi istifadə edilməsi;-torpaqların meşə zolaqlarının, bataqlıqların, sututarların (su fondu torpaqları istisna olmaqla) altında olması;-torpaqlardan kənd təsərrüfatı sahəsində elmi tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədlərinə istifadə edilməsi üçün nəzərdə tutulan müvafiq ekoloji və texniki tələblərə uyğun quraşdırılmış kommunikasiyalar, müvəqqəti tikililər və qurğuların altında olması.Nazirlik rəsmisi Firudin Tağıyev onu da bildirib ki, ümumilikdə ölkədə 4,7 milyon hektar kənd təsərrüfatı təyinatlı torpaqdan 1,9 milyon hektarı əkinə yararlıdır və aktiv şəkildə istifadə olunur. Kənd təsərrüfatı təyinatlı torpaqların digər böyük bir qismi isə örüş, otlaq sahələri kimi istifadə olunur.Torpaq vergisi torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanırXatırladaq ki, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.Vergi Məcəlləsinə görə, müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir.Pay torpaqlarının sənədləşdirilməsi artırÖlkə başçısının "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında" 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan verib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin avqust ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,5 dəfə artaraq 3 min 121 təşkil edib.Torpaqların istifadəsi ilə bağlı monitorinqlər keçirilibƏmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkə ərazisində torpaqlardan qanunvericiliyə zidd istifadə halları ilə bağlı monitorinqlər və torpaq reydləri keçirilir. Monitorinqlərin məqsədi torpaqların təyinatından kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması və qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir.Cari ilin yanvar-iyun ayları ərzində torpaq müfəttişləri tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı ölkə ərazisində monitorinqlər keçirilib, 10 min 328 hal üzrə qanun pozuntuları aşkar edilib və bu barədə aidiyyəti orqanlara məktub ünvanlanıb. Aşkar edilən qanun pozuntuları ilə bağlı 1221 inzibati protokol tərtib edilib. Bu ilin ilk 6 ayı ərzində aparılan monitorinqlərin nəticəsinə görə ən çox torpaq qanunvericiliyinin tələblərinin pozulması halları Bakı şəhərində, Abşeron, Şəmkir, Bərdə, Beyləqan rayonlarında olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439304925_37:0:704:500_1920x0_80_0_0_716b08da326a4adee3b19d9f6cddfaea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
torpaq, vergi, kənd təsərrüfatı
torpaq, vergi, kənd təsərrüfatı
Torpağı əkməyənlər iki yüz manat vergi ödəyəcəklər
Nazirlik rəsmisinin sözlərinə görə, təyinatı üzrə istifadə olunmayan torpaqlardan alınan vergi artırılacaq. Torpaqlarla bağlı aidiyyəti qurumların bazasında olan məlumatlar inteqrasiya ediləcək.
BAKI, 11 oktyabr — Sputnik. Azərbaycanda təyinatı üzrə istifadə olunmayan torpaqlardan alınan vergi artırılacaq. Əgər torpaq sahəsi əkilmirsə, torpaq vergisi qaldırılacaq.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev mediaya açıqlamasında deyib.
O qeyd edib ki, torpaqdan təyinatı üzrə istifadə etməyənlər 200 manat vergi ödəyəcəklər. Torpaqdan təyinatı üzrə istifadə edənlər isə hazırda olduğu kimi, hər hektara 6 manat vergi ödəyəcəklər. Torpaqlarla bağlı aidiyyəti qurumların bazasında olan məlumatlar inteqrasiya ediləcək.
Nazirlər Kabinetinin qərarı
Qeyd edək ki, Baş nazir Əli Əsədovun qərarı ilə sentyabrın 19-da "Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası" təsdiq edilib.
Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə məlumatların toplanması, onlara dair arayışın formalaşdırılması və Dövlət Vergi Xidmətinə və müvafiq bələdiyyəyə ötürülməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tərkibində kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə dair "Kənd təsərrüfatı torpaqlarının istifadəsi" altsistemi yaradılacaq.
Bu məlumatlar EKTİS-ə inteqrasiya olunacaq və müntəzəm yenilənən peyk çəkilişləri, arxiv ortofotoplanları, müxtəlif layihələr üzrə vektor məlumatları, dron müşahidələri və s. vizual məlumatlar vasitəsilə dəqiqləşdiriləcək.
Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqlara torpaq vergisinin hesablanması məqsədilə hazırlanan arayışlar EKTİS-də elektron qaydada formalaşdırılacaq, SMS, elektron poçt və ya bilavasitə EKTİS vasitəsilə fermerləri məlumatlandırmaqla onların şəxsi kabinetinə göndəriləcək.
Əkilməyən torpaqlar çoxdur
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a torpağı əkməyənlər üçün verginin qaldırılmasının tərəfdarı olduğunu deyib: "Əkilməyən torpaqlar çoxdur. Adi fermer, kəndli həmin torpaqları boş saxlamır, əkir. Amma bir sıra hallarda imkanlı şəxslər belə torpaqları əkmirlər. Torpaq əkilmək üçündür, boş qalması düzgün deyil. Hazırda monitorinqlər zamanı, peyk vasitəsilə torpaqların əkilib-əkilmədiyi bilinir. Əkin subsidiyaların verilməsində də monitorinqlər aparılır, məsələ dəqiqləşdirilir".
Qeyd edək ki, torpaq vergisinin hesablanması məqsədilə hazırlanan arayışlarda torpaq mülkiyyətçisinin və ya istifadəçisinin (icarəçisinin) əlaqə vasitəsi, şəxsiyyətini təsdiq edən sənədin rekvizitləri (vergi ödəyicisi olduğu halda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi), torpaq sahəsinin ölçüsü, mülkiyyət növü, yerləşdiyi ərazi, məqsədli təyinatı və istifadə edilməməsi səbəbləri barədə məlumatlar qeyd ediləcək.
Torpağın mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi bu arayışla razı olmadıqda inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.
Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
Təyinatı üzrə istifadə edilən kənd təsərrüfatı təyinatlı torpaqlar aşağıdakı meyarlar əsasında müəyyən edilir:
-torpaqların bitkiçilik məhsullarının istehsalı üçün əkin və ya çoxillik əkmələrin altında olması və yaxud dincə qoyulması;
-torpaqlardan heyvandarlığın təşkili və inkişafı üçün biçənək, örüş, yay və qış otlağı kimi istifadə edilməsi;
-torpaqların meşə zolaqlarının, bataqlıqların, sututarların (su fondu torpaqları istisna olmaqla) altında olması;
-torpaqlardan kənd təsərrüfatı sahəsində elmi tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədlərinə istifadə edilməsi üçün nəzərdə tutulan müvafiq ekoloji və texniki tələblərə uyğun quraşdırılmış kommunikasiyalar, müvəqqəti tikililər və qurğuların altında olması.
Nazirlik rəsmisi Firudin Tağıyev onu da bildirib ki, ümumilikdə ölkədə 4,7 milyon hektar kənd təsərrüfatı təyinatlı torpaqdan 1,9 milyon hektarı əkinə yararlıdır və aktiv şəkildə istifadə olunur. Kənd təsərrüfatı təyinatlı torpaqların digər böyük bir qismi isə örüş, otlaq sahələri kimi istifadə olunur.
Torpaq vergisi torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır
Xatırladaq ki, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.
Vergi Məcəlləsinə görə, müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir.
Pay torpaqlarının sənədləşdirilməsi artır
Ölkə başçısının "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında" 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan verib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin avqust ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,5 dəfə artaraq 3 min 121 təşkil edib.
Torpaqların istifadəsi ilə bağlı monitorinqlər keçirilib
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkə ərazisində torpaqlardan qanunvericiliyə zidd istifadə halları ilə bağlı monitorinqlər və torpaq reydləri keçirilir. Monitorinqlərin məqsədi torpaqların təyinatından kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması və qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir.
Cari ilin yanvar-iyun ayları ərzində torpaq müfəttişləri tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı ölkə ərazisində monitorinqlər keçirilib, 10 min 328 hal üzrə qanun pozuntuları aşkar edilib və bu barədə aidiyyəti orqanlara məktub ünvanlanıb. Aşkar edilən qanun pozuntuları ilə bağlı 1221 inzibati protokol tərtib edilib. Bu ilin ilk 6 ayı ərzində aparılan monitorinqlərin nəticəsinə görə ən çox torpaq qanunvericiliyinin tələblərinin pozulması halları Bakı şəhərində, Abşeron, Şəmkir, Bərdə, Beyləqan rayonlarında olub.