DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran Azərbaycan sərhədindən qeyri-neft ixracını artırıb

© Azerbaijan Railways CJSCAstarada yük terminalı
Astarada yük terminalı - Sputnik Azərbaycan, 1920, 11.10.2022
Abunə olmaq
İran İslam Respublikasının Astara gömrüyü vasitəsilə ixrac edilən qeyri-neft məhsulları əsasən Rusiya Federasiyası, Azərbaycan, Belarus, Qazaxıstan və Ukraynanın istehlak bazarlarına yönəldilir.
BAKI, 11 oktyabr — Sputnik. Martın 21-dən sentyabrın 22-dək Astara gömrük məntəqəsi vasitəsilə İrandan qeyri-neft məhsullarının ixracı 239 milyon dollar təşkil edib. Bunu İran iqtisadiyyat nazirliyinin Astara gömrüyündəki nümayəndəsi Əli Hüseyn Zolqədri bildirib.
Onun sözlərinə görə, bu dövrdə 402 min tondan çox qeyri-neft məhsulu ixrac edilib. Onların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz, ixrac olunmuş məhsulların dəyəri isə 5 faiz artıb.
Zolqədri qeyd edib ki, ixrac olunan mallar arasında əsasən kənd təsərrüfatı məhsulları, o cümlədən, neft-kimya, minerallar, plastik məmulatlar, kafel, keramika, tikinti daşları, süd məhsulları, su və plastik məmulatlar var.
Malların əsas istiqamətləri Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Ukraynadır.
Xəbər lenti
0