Prezident İlham Əliyev "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib
14:11 11.10.2022 (Yenilənib: 15:20 11.10.2022)
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib
Abunə olmaq
Qırğız Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.
BAKI, 11 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Bişkek şəhərinin "Manas" Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Hava limanında dövlətimizin başçısını Qırğızıstan Prezidenti Sadır Japarov qarşılayıb.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
Qırğız Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub. Dövlətimizin başçısı görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət etdi və üzərinə gül dəstəsi qoyub.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib
Prezident İlham Əliyev Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib
Məlumat verilib ki, Qırğız dövlətçiliyinin ən mühüm inkişaf mərhələlərinin tarixi yaddaşının bərpası və qorunub saxlanılması məqsədilə tikilən “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksi 2000-ci il iyulun 8-də açılıb. Memorial görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə “Ata-Beyit” - “Ataların məzarlığı” adlandırılıb.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib
Prezident İlham Əliyev Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib
Qırğız memarlığının elementləri nəzərə alınmaqla müasir standartlara uyğun inşa edilmiş kompleks üç hissədən - memorial günbəzdən, qəbirüstü plitələrdən və memorial divardan ibarətdir. Ümumi sahəsi iki hektar olan kompleksdə 1920-1930-cu illərdə Qırğızıstanın siyasi həyatını əks etdirən sənədlər və fotoşəkillər, digər tarixi materiallar toplanıb. Kompleksin mərkəzində məzarlıq yerləşir, həmçinin burada muzey fəaliyyət göstərir. Kompleksdə Qırğız xalqının mübarizəsinin rəmzi olan “Urkun” abidəsi də var.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov arasında görüş keçiriləcək. Görüşdə ikitərəfli əlaqələr və aktual mövzular ətrafında müzakirələrin aparılması planlaşdırılır.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
Məlumata görə, Azərbaycan Prezidentinin Qırğızıstana səfəri çərçivəsində Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına və Nizami Gəncəvi adına ümumtəhsil məktəbinin açılması nəzərdə tutulub.
Həmçinin səfər çərçivəsində Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də planlaşdırılır.