DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Moskva ilə dialoq olmadan atəşkəsə nail olmaq mümkün deyil - Çavuşoğlu

© Sputnik / Mediabanka keçidTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan, 1920, 11.10.2022
Abunə olmaq
Türkiyə XİN rəhbəri bildirib ki, danışıqlar və sülh prosesindən uzaqlaşıldı, bu fürsət əldən verildi.
BAKI, 11 oktyabr — Sputnik. "Qərb Rusiya ilə danışmalıdır, Moskva ilə dialoq olmadan atəşkəslə bağlı razılıq əldə etmək mümkün deyil". Bunu Türkiyə KİV-nə müsahibəsində bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Çavuşoğlu müsahibəsində deyib ki, Moskva ilə dialoq olmadan atəşkəsə nail olmaq mümkün deyil:
"Sonda kimlə danışmalı olacaqsınız, kiminlə danışıqlar aparacaqsınız? Söhbət münaqişənin qarşı tərəfi olan Ukrayna ərazilərindən gedir".
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Türkiyə Rusiyaya qarşı birtərəfli sanksiyalara qoşulmur.
"Bu, həm Rusiyaya, həm də İrana aiddir. Bu, bizim mövqeyimizdir. Təəssüf ki, danışıqlar və sülh prosesindən uzaqlaşıldı, bu fürsət əldən verildi. Üçüncü ölkələrin müdaxilə etdiyini görürük.", - Çavuşoğlu qeyd edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib:
"Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Xəbər lenti
0