CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclis “Ekstradisiya haqqında” Avropa Konvensiyasına əlavə sənədi təsdiqləyib

© AFP 2024 / PHILIPPE LOPEZPolis bölməsində əli qandallanmış şəxs
Polis bölməsində əli qandallanmış şəxs - Sputnik Azərbaycan, 1920, 11.10.2022
Abunə olmaq
Dördüncü Əlavə Protokolun müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.
BAKI, 11 oktyabr-Sputnik. Milli Məclisdə "Ekstradisiya haqqında" Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, əlavə Protokol “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədilə hazırlanıb. Bu protokolda Konvensiyanın 10-cu (müddətin keçməsi), 12-ci (sorğu və əlavə sənədlər), 14-cü (konkretlik qaydası), 21-ci (tranzit) maddələri yeni redaksiyada verilir. 15-ci (üçüncü dövlətə verilmə) maddəyə isə yeni bənd əlavə olunur. Bundan başqa, Konvensiyaya kommunikasiya kanalları və vasitələri, habelə dostcasına həlledilmə adlı yeni müddəaların əlavə olunması nəzərdə tutulur.
Dördüncü Əlavə Protokolun müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Xatırladaq ki, "Ekstradisiya haqqında" Avropa Konvensiyasına görə, razılığa gələn tərəflər sorğu edən tərəfin səlahiyyətli orqanlarının hər hansı cinayətə görə barəsində cinayət təqibini həyata keçirdikləri yaxud göstərilən orqanların hökmün və ya həbs barədə qərarın icrası üçün axtardıqları bütün şəxsləri bu Konvensiyada şərh olunmuş müddəa və şərtlərə riayət etmək şərti ilə bir-birinə verməyi öhdələrinə götürürlər.
Ekstradisiya sorğu edən tərəfin və sorğu edilən tərəfin qanunvericiliyinə müvafiq olaraq azadlıqdan məhrum etmə ilə cəzalandırılan yaxud həbs barədə qərara uyğun olaraq maksimum müddətə — ən azı bir il müddətinə həbs cəzası və ya daha ciddi cəza ilə cəzalandırılan cinayətlərlə bağlı həyata keçirilir.
Xəbər lenti
0