Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev: Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığı artıq reallıqdır

İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 11.10.2022
Abunə olmaq
Azərbaycan Prezidenti: "Qırğız torpağında bir daha görürəm ki, qardaşlığımız sözdə deyil, əməldədir"
BAKI, 11 oktyabr - Sputnik. Bu gün mən Qırğız torpağında bir daha görürəm ki, qardaşlığımız sözdə deyil, əməldədir.
Bu sözləri Prezident İlham Əliyev Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılış mərasimində deyib:
“Qırğızıstan Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq artıq reallıqdır və biz hər gün bu tərəfdaşlığı yeni məzmunla zənginləşdiririk. Mənim Qırğızıstana səfərimin birinci günü burada, Qırğızıstan paytaxtının bu yeni mənzərəli guşəsində başa çatır. Onu da deməliyəm ki, bu gün Bakı və Bişkek qardaşlaşmış şəhərlər oldular. Yəni, bizim xalqların qardaşlığı şəhərlərimiz arasında qardaşlaşmaya da transformasiya edir. Əminəm ki, bu gözəl ənənə yaşayacaq, Qırğızıstan və Azərbaycanın bir çox şəhərləri qardaşlaşacaq".
"Qırğızıstan-Azərbaycan dostluq parkının açılışı rəmzi məna daşıyır. Bizim ölkəmizə və xalqımıza belə münasibətə görə Qırğızıstan Prezidentinə bütün Azərbaycan xalqı adından minnətdarlıq ifadə etmək istəyirəm. Biz bu parkda, həmçinin Qırğızıstan Prezidentinin xəyallarını, onun şəhərsalma üzrə, Qırğızıstanın digər şəhər və kəndlərinin sakinləri üçün rahat, yaxşı şəraitin yaradılması üzrə planlarını görürük", - Əliyev əlavə edib.
“Bizim təkcə gündəlikdə duran ikitərəfli məsələləri deyil, həm də bütövlükdə daha geniş mənada planları ətraflı müzakirə etmək, gələcəyə baxışlar barədə danışmaq fürsətimiz oldu. Mən Qırğızıstan Prezidentinin Qırğız cəmiyyətinin hara gedəcəyi – sülhə, təhlükəsizliyə, milli köklərə, ortaq türk köklərinə bağlılığı barədə dəqiq anlayışı olduğunu gördüm. Bütün bunlar Azərbaycanda böyük hörmətlə qarşılanır, həmçinin Azərbaycan xalqının dahi övladlarının xatirəsinə göstərilən diqqətə bərabər tutulur”, - deyə dövlətimizin başçısı bildirib.
Sabah Qırğızıstan Prezidenti Sadır Japararovla birlikdə Azərbaycan xalqının böyük oğulları Heydər Əliyevin və Nizami Gəncəvinin adını daşıyan məktəblərdə keçiriləcək tədbirlərdə iştirak edəcəklərini qeyd edən Prezident İlham Əliyev deyib ki, Azərbaycanda görkəmli liderlərimizə, xadimlərimizə, onların xatirəsinə bu cür münasibət yüksək dəyərləndirir, bunu qardaşlığın təzahürü kimi qiymətləndirirlər.
İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir - Sputnik Azərbaycan, 1920, 11.10.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
İlham Əliyev: Strateji tərəfdaşlıq haqqında Bəyannamə konkret məzmunla zənginləşəcək
Xəbər lenti
0