https://sputnik.az/20221011/leyla-abdullayevadan-gence-terroru-barede-aciqlama-447288970.html
Leyla Abdullayevadan Gəncə terroru barədə açıqlama
Leyla Abdullayevadan Gəncə terroru barədə açıqlama
Sputnik Azərbaycan
Nazirlik rəsmisi bildiirb ki, bu hərbi cinayətə görə Ermənistanda indiyədək heç kim məsuliyyətə cəlb olunmayıb. 11.10.2022, Sputnik Azərbaycan
2022-10-11T10:17+0400
2022-10-11T10:17+0400
2022-10-11T10:17+0400
leyla abdullayeva
cəmiyyət
twitter
gəncə
raket
ermənistan
https://cdnn1.img.sputnik.az/img/42063/76/420637641_0:0:2000:1125_1920x0_80_0_0_8ae468aa65c08a6e9d94f65426bb3cef.jpg
BAKI, 11 oktyabr — Sputnik. "Gəncə terrorunu törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər".Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviterdə yazıb.O bildirib ki, bu hərbi cinayətə görə Ermənistanda indiyədək heç kim məsuliyyətə cəlb olunmayıb:Qeyd edək ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib. Ermənistan qədim şəhər olan Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb.Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Gəncənin raket atəşinə tutulması anı Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42063/76/420637641_151:0:1924:1330_1920x0_80_0_0_52f636f789357ac914c4d9087b95dd5c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
leyla abdullayeva, twitter, gəncə, raket, ermənistan
leyla abdullayeva, twitter, gəncə, raket, ermənistan
Leyla Abdullayevadan Gəncə terroru barədə açıqlama
Nazirlik rəsmisi bildiirb ki, bu hərbi cinayətə görə Ermənistanda indiyədək heç kim məsuliyyətə cəlb olunmayıb.
BAKI, 11 oktyabr — Sputnik. "Gəncə terrorunu törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviterdə yazıb.
O bildirib ki, bu hərbi cinayətə görə Ermənistanda indiyədək heç kim məsuliyyətə cəlb olunmayıb:
"Bu gün Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələrinin 10 dinc sakinin ölümü, 40 nəfərin yaralanması ilə nəticələnən vəhşicəsinə hücumunun ikinci ildönümüdür".
Qeyd edək ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.
Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib. Ermənistan qədim şəhər olan Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb.
Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.
Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Gəncənin raket atəşinə tutulması anı Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.