https://sputnik.az/20221011/ermenistan-mulki-sexsleri-hedef-alaraq-azerbaycanda-panika-yaratmaq-isteyib---mn-447301186.html
Ermənistan mülki şəxsləri hədəf alaraq Azərbaycanda panika yaratmaq istəyib - MN
Ermənistan mülki şəxsləri hədəf alaraq Azərbaycanda panika yaratmaq istəyib - MN
Sputnik Azərbaycan
Rəşad Əhmədov söyləyib ki, Azərbaycan tərəfi Ermənistanın cinayətlərin cavabını döyüş meydanında verib. 11.10.2022, Sputnik Azərbaycan
2022-10-11T12:22+0400
2022-10-11T12:22+0400
2022-10-11T12:22+0400
gəncə
azərbaycan xəbərləri
terror
ermənistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0b/447305054_0:0:2000:1125_1920x0_80_0_0_cbf761971f0b43ff91fc922dade32f6d.jpg
BAKI, 11 oktyabr — Sputnik. "Ermənistan Azərbaycanı döyüş meydanından çəkindirməyə çalışırdı". Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) 44 günlük müharibədə Ermənistan hərbi qüvvələri tərəfindən Gəncəyə endirilən zərbələrin ikinci ildönümü ilə bağlı Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Beynəlxalq Təşkilatlarla və Qərb ölkələri ilə əməkdaşlıq şöbəsinin rəis müavini, polkovnik-leytenant Rəşad Əhmədov deyib.O bildirib ki, Ermənistan tərəfi mülki şəxsləri hədəf alaraq Azərbaycanda qorxu və panika yaratmaq və Azərbaycan hərbi qüvvələrini döyüş meydanından çəkindirməyə çalışırdı."Müharibədə taktiki üstünlüyü itirən, uduzan Ermənistan tərəfi itkilərin sayının qəbul etməmək məqsədilə hərbi cinayətlərə qol çəkdi, terror aktları törətdi. Azərbaycan tərəfi bu cinayətlərin cavabını döyüş meydanında verdi", - Müdafiə Nazirliyinin rəsmisi deyib.Qeyd edək ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Vətən Müharibəsi dövründə Gəncəyə Ermənistan tərəfindən ilk hücum 4 oktyabrda baş verib və bu zaman 1 mülki şəxs Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 30-dan çox mülki şəxs isə yaralanıb.Ümumilikdə isə düşmən ordusu Gəncə şəhərinə 2020-ci ilin oktyabr ayı ərzində 5 dəfə raket zərbələri endirib. Nəticədə Gəncənin 27 dinc sakini həlak olub, 125 sakini isə müxtəlif dərəcəli xəsarətlər aldı. Yaşayış binaları, ticarət obyektləri, məktəblər dağıdılıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0b/447305054_197:0:1974:1333_1920x0_80_0_0_2b64e87f6739c0053a178f7abdf527d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
gəncə, terror, ermənistan, azərbaycan
gəncə, terror, ermənistan, azərbaycan
Ermənistan mülki şəxsləri hədəf alaraq Azərbaycanda panika yaratmaq istəyib - MN
Rəşad Əhmədov söyləyib ki, Azərbaycan tərəfi Ermənistanın cinayətlərin cavabını döyüş meydanında verib.
BAKI, 11 oktyabr — Sputnik. "Ermənistan Azərbaycanı döyüş meydanından çəkindirməyə çalışırdı". Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) 44 günlük müharibədə Ermənistan hərbi qüvvələri tərəfindən Gəncəyə endirilən zərbələrin ikinci ildönümü ilə bağlı Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Beynəlxalq Təşkilatlarla və Qərb ölkələri ilə əməkdaşlıq şöbəsinin rəis müavini, polkovnik-leytenant Rəşad Əhmədov deyib.
O bildirib ki, Ermənistan tərəfi mülki şəxsləri hədəf alaraq Azərbaycanda qorxu və panika yaratmaq və Azərbaycan hərbi qüvvələrini döyüş meydanından çəkindirməyə çalışırdı.
"Müharibədə taktiki üstünlüyü itirən, uduzan Ermənistan tərəfi itkilərin sayının qəbul etməmək məqsədilə hərbi cinayətlərə qol çəkdi, terror aktları törətdi. Azərbaycan tərəfi bu cinayətlərin cavabını döyüş meydanında verdi", - Müdafiə Nazirliyinin rəsmisi deyib.
Qeyd edək ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Vətən Müharibəsi dövründə Gəncəyə Ermənistan tərəfindən ilk hücum 4 oktyabrda baş verib və bu zaman 1 mülki şəxs Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 30-dan çox mülki şəxs isə yaralanıb.
Ümumilikdə isə düşmən ordusu Gəncə şəhərinə 2020-ci ilin oktyabr ayı ərzində 5 dəfə raket zərbələri endirib. Nəticədə Gəncənin 27 dinc sakini həlak olub, 125 sakini isə müxtəlif dərəcəli xəsarətlər aldı. Yaşayış binaları, ticarət obyektləri, məktəblər dağıdılıb.