Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclası olub

© Official website of President of Azerbaijan RepublicBişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclası keçirilib
Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclası keçirilib - Sputnik Azərbaycan, 1920, 11.10.2022
Abunə olmaq
Azərbaycanın dövlət başçısı oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gedib.
BAKI, 11 oktyabr - Sputnik. Oktyabrın 11-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirilib. Bu barədə Azərtac xəbər yayıb.
İclasda çıxış edən İlham Əliyev Azərbaycan-Qırğızıstan münasibətlərinin dinamikasının hər iki ölkənin qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmində olduğunu göstərdiyini deyib.
Qırğızıstanlı həmkarı Sadır Japarovun yarım il bundan əvvəl Azərbaycana səfərini xatırladan dövlətimizin başçısı deyib ki, bu səfər zamanı ölkələrimiz arasında imzalanan strateji tərəfdaşlıq haqqında əlaqələrimiz daha yüksək səviyyəyə qaldırıb:

“Əminəm ki, mənim səfərimin yekunlarına dair əldə olunacaq razılaşmalar bir çox sahələrdə əməkdaşlığın dərinləşməsinə kömək edəcək”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gedib.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov arasında görüşün keçirilməsi, ikitərəfli əlaqələr və aktual mövzular ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.
Xəbər lenti
0