Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Baydeni neft iynəsindən asılı ediblər

© AP Photo / Susan WalshCo Bayden, arxiv şəkli
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.10.2022
Abunə olmaq
Tam bir axmaq yerinə qoyulan ABŞ-ın yaşlı prezidenti Co Bayden "OPEC plus"un qərarından məyus olub.
Renat Abdullin, RİA Novosti.
Xammal hasilatının azaldılması ilə bağlı razılaşma Vaşinqtona ciddi zərbə vurub. ABŞ-da üç həftədən sonra konqresə mühüm aralıq seçkiləri keçiriləcək. Qüvvələr nisbəti yenidən dəyişir: bu yaxınlarda sosioloji sorğularda xal itirən prezident yenə də autsayderdir. Ağ Evin neft bazarında mümkün cavab addımları haqqında – "RİA Novosti"nin materialında.
Səudiyyə Ərəbistanı düşərgəni dəyişdi
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və ABŞ Milli İqtisadi Şurasının direktoru Brayan Diz bildiriblər ki, Co Bayden "OPEC plus"un qərarından məyus olub. Prezidentin özü bu barədə danışmaqdan yayınsa da, öz sözünü deməli idi. Bu, növbəti biabırçılığa çevrilib. Jurnalistlərin sualını cavablandıran Bayden "məyusluğunu" təsdiqlədikdən sonra geri çəkilib. Onun narahat olmaq üçün həqiqətən də kifayət qədər səbəbləri var.
Ağ Evdə bir neçə mənbənin bildirdiyinə görə, Bayden administrasiyası ənənəvi Yaxın Şərq müttəfiqlərini xammal istehsalını kəskin şəkildə azaltmaqdan çəkindirmək üçün yay və payızın əvvəlində genişmiqyaslı lobbiçilik kampaniyasına başlayıb. Amerikalı iqtisadçıların fikrincə, bu iş qismən öz bəhrəsini verib. Belə ki, ABŞ-da benzinin qiyməti insayder məlumatlarla tanış olan təchizatçıların nikbinliyi fonunda, təxminən, yüz gün dalbadal düşüb.
Lakin "OPEC plus"un qərarından sonra bütün cəhdlər puça çıxıb. İqtisadiyyat ekspertləri yanacağın qiymətinin artacağını proqnozlaşdırır, politoloqlar isə Bayden və Demokrat Partiyasının qaçılmaz fiaskosundan danışırlar. "CNN" telekanalının məlumatına görə, neft hasilatının azalması "eşşəklər" (demokratlar) üçün ən pis dövrdə - konqresə aralıq seçkilərinə cəmi bir ay qalmış baş verib.
Respublikaçı media və analitiklər dərhal Baydeni tənqid etmək üçün "OPEC plus" sazişindən istifadə ediblər. Məsələn, "fillərə" (Respublikaçılara) sadiq olan "Fox News" telekanalının şərhçisi Janin Pirro deyib: ABŞ prezidenti hazırda "tam axmaq kimi görünür". Qiymətləndirmə ona əsaslanır ki, yayda Ər-Riyad amerikalı liderə güzəştə getməkdən qəti şəkildə imtina edib. Rusiya isə səudiyyəlilərlə asanlıqla ortaq dil tapıb.
Respublikaçı senator Stiven Skalis ölkənin enerji böhranında Baydeni günahlandırıb. Mühafizəkar siyasi şərhçi Cessi Uoters isə hesab edir ki, senatda "fillərin" noyabr qələbəsi indi həll olunmuş məsələdir, çünki "eşşəklər"in həm daxili, həm də xarici gündəmləri iflasa uğrayıb.
Baş verənlər konqresmenlərin kreslosuna namizəd olan demokratları da narahat edir.
Yayın sonuna kimi onlar səhiyyə sahəsində irimiqyaslı islahatlarda xal qazanmış prezidentə üz döndərdilər, onu mitinqlərə "əsas fiqur" kimi dəvət etməyə başladılar. İndi isə Baydenin reytinqləri yenidən aşağı düşür. "Eşşəklər" isə deyirlər: prezident nəinki Yaxın Şərqdə əsas müttəfiqini – Səudiyyə Ərəbistanını itirdi, əksinə, işi o yerə çatdırdı ki, bu ölkə açıq şəkildə Rusiya düşərgəsinə keçdi.
Büdrəmə blokları
"The New York Times" nəşri mənbəyə istinadən qeyd edir: Ağ Ev bütün yayı səudiyyəlilərə təsir göstərməyə çalışıb ki, onlar hasilatın səviyyəsini azaltmasınlar, əksinə, artırsınlar. Lakin bu, praktiki olaraq qeyri-mümkün idi - Ər-Riyadın Vaşinqtona qarşı ən azı üç mühüm iddiası var. Ağ Ev isə bu problemləri həll etməyə tələsmir.
Birincisi, SƏK (Səudiyyə Ərəbistanı Krallığı) dörd il əvvəl Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın jurnalist Camal Qaşıqçının vəhşicəsinə qətlində əli olması ilə bağlı amerikalıların bəyanatlarından son dərəcə narazıdır.
İkincisi, Ər-Riyad ABŞ-ın Yəməndəki husilərə dəstəyini bəyənmir. Husilər hazırda Krallığa o qədər də ciddi ziyan vurmurlar, lakin keçmişdə Səudiyyə Ərəbistanına, o cümlədən mühüm neft infrastrukturuna ciddi zərbələr vurublar.
Nəhayət, İran faktoru aradan qalxmayıb. Bayden prezidentlik müddətinin lap əvvəlindən Tehranla "nüvə sazişi" adlandırılan Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpa olunmasının tərəfdarı idi. Əgər saziş bağlanarsa, İran sanksiyalardan çıxdıqdan sonra əhəmiyyətli həcmdə neft hasil edib sata biləcək. Digər bazar oyunçuları yaxın gələcəkdə bunu istəməzdilər. Elə həmin Səudiyyə Ərəbistanı, analitiklərin fikrincə, yalnız xammalın maya dəyərinə görə istehsalı azaltmaqda maraqlıdır. Ər-Riyad bundan sonra da onu anbarlarda toplamaq niyyətindədir ki, İran gec-tez bazara qayıtdığı zaman rəqabət aparmaq üçün ehtiyatlara malik olsun.
Daha az aşkar hallar da var. Məsələn, ABŞ koronavirus pandemiyasının ortasında Səudiyyə Ərəbistanə Krallığına lazımi sayda peyvənd vermədi. Ər-Riyad ictimaiyyət qarşısında bundan problem yaratmasa da, anonim mənbələr səviyyəsində narazılıq ifadələri yayıldı. Bayden Səudiyyə Ərəbistanına əhəmiyyətli silah satışını da təsdiqləyib. Lakin sonda bu vəd də yerinə yetirilmədi - o, Ukraynaya və Avropadakı NATO müttəfiqlərinə hərbi yardım göstərməyə üstünlük verdi.
Böhrandan çıxış yolları
Hyuston Universitetinin İqtisadiyyat Departamentinin enerji eksperti Ed Hirs hesab edir ki, hazırda "OPEC plus" qərarının təsiri təqdim olunduğu qədər ciddi olmaya bilər. O xatırladır ki, kartelin üzvü olan bir neçə istehsalçı artıq öz kvotalarından daha az istehsal edir, buna görə də hasilat faktiki olaraq bəyan edilmiş iki milyon deyil, sutkada 900 min barel azalacaq.
"OPEC plus" sazişinin mənfi təsiri ABŞ-ın Venesuela ilə danışıqları ilə də zərərsizləşdirilə bilər. Güman edilir ki, sanksiyaların yumşaldılması müqabilində Bolivar Respublikası amerikalılara neft tədarükünün bir hissəsini kompensasiya edəcək.
Səudilərin Rusiyaya dönüşü həm də ABŞ-ın İranla işini fəallaşdırması ilə nəticələnə bilər. Artıq "istiləşmənin" ilk əlamətləri görünür. "Reuters"in məlumatına görə, İran aktivlərinin defrost edilməsi ilə bağlı pərdəarxası danışıqlara başlanılıb. Bunun ardınca İslam Respublikasından ixrac məhdudiyyətlərini götürsələr, o, dünya bazarına hər gün bir milyon bareldən az olmayan neft çıxara bilər.
Üçüncü variant ABŞ-ın strateji ehtiyatlarından neft ehtiyatlarının daha da sərbəst buraxılmasıdır. Amma problem ondadır ki, bu ifrat tədbirə artıq əl atılıb. Sentyabr ayına olan məlumata görə, ABŞ-ın strateji ehtiyatları 434 milyon barelə qədər azalıb. Bu, 1984-cü ilin oktyabrından bəri ən aşağı göstəricidir.
Hələ "OPEK plus" sövdələşməsindən əvvəl demokrat konqresmenlər Baydeni ehtiyat tədarükü davam etdirməyə çağırıblar. Bundan dərhal sonra respublikaçılar opponentlərini uzaqgörənlikdə və milli sərvətin "dağıdılmasında" ittiham ediblər. ABŞ administrasiyası hətta geri çəkilməyə getməyə məcbur oldu. "Biz prezidentin bəyan etdiyi 180 milyon bareldən kənarda strateji neft ehtiyatından yeni buraxılışların mümkünlüyünü artıq nəzərdən keçirmirik ", — deyə Ağ Evin rəsmi nümayəndəsi Karin Jan-Pyer oktyabrın əvvəlində bildirib.
Siyasi çıxılmaz vəziyyət
Təbii ki, Demokratlar Partiyası və Bayden üçün əsas problem iqtisadi deyil, siyasi müstəvidədir.
Hətta indi bütün şərait prezident üçün ən yaxşı şəkildə birləşsə belə — Venesuela, İran ilə razılığa gəlmək və strateji ehtiyatı yenidən cəlb etmək mümkün olsa da - effekt ani olmayacaq. Noyabr bayramları üçün qiymətlər onsuz da artacaq, deməli, respublikaçılar Baydenə və onun partiya yoldaşlarına hücumları davam etdirəcəklər. Və bununla bağlı xal qazanaraq, çox güman ki, Senatda nəzarəti ələ keçirəcəklər.
Hadisələrin bu cür inkişafı ilə "fillər" hər an hazırkı prezidentin təşəbbüslərini inkar edə və ya ləngidə, bütün iqtisadi uğursuzluqlarda onu günahlandıra biləcəklər. Bu isə öz növbəsində Baydeni bu yaxınlarda ciddi şəkildə müraciət etdiyi ikinci müddət üçün perspektivlərdən məhrum edəcək.
Xəbər lenti
0