https://sputnik.az/20221011/azerbaycanda-yeni-dersliyin-tedrisine-baslanilib-447302802.html
Azərbaycanda yeni dərsliyin tədrisinə başlanılıb
Azərbaycanda yeni dərsliyin tədrisinə başlanılıb
Sputnik Azərbaycan
Rüfət Əzizov bildirib ki, dərslikdə hər bölmənin əvvəlində bölmədəki mövzular əsasında qazanılan bilik və bacarıqlar sadalanır. 11.10.2022, Sputnik Azərbaycan
2022-10-11T13:54+0400
2022-10-11T13:54+0400
2022-10-11T13:54+0400
dərslik
təhsil
çap
nəşr
https://cdnn1.img.sputnik.az/img/41694/22/416942257_0:78:1500:922_1920x0_80_0_0_87027cc4ddbb6ae1394fef38338aa016.jpg
BAKI, 11 oktyabr — Sputnik. Təhsil İnstitutunun hazırladığı Təbiət - 6 (Science 6) dərsliyinin pilot tədrisinə başlanılıb. Bu barədə İnstitutun direktoru Rüfət Əzizov məlumat verib.O bildirib ki, dərsliyin gələn il kütləvi istifadəsi planlaşdırılır:"Dərslik ən yeni təcrübələri özündə əks etdirərək, cəlbedici tərtibatda hazırlanıb. Dərsliyin hazırlamasında Sinqapurun "Alston" nəşriyyat evi ilə məsləhətləşmələr aparılıb və müəlliflər təlimlərə cəlb edilib. Müəlliflərimizi təbrik edirəm və layihə rəhbərlərinə təşəkkür edirəm. Dərslikdə hər bölmənin əvvəlində bölmədəki mövzular əsasında qazanılan bilik və bacarıqlar sadalanır. Daha sonra tədqiqat sualları, tanış situasiya və ona aid suallar təqdim olunur. Situasiya təhlil olunur. Tədqiqat sualına cavab tapmaq üçün praktik tapşırıqlar verilir və nəticədə proses bacarıqları inkişaf etdirilir. Araşdırmadan sonra yeni mövzu izah olunur. Düşün - müzakirə et - paylaş hissəsində isə düşünmək və sinif yoldaşları ilə müzakirə etmək üçün suallar nəzərdə tutulur. Belə müzakirələr zamanı müstəqil düşünmə və kommunikasiya bacarıqları inkişaf etdirilir. Öyrəndiklərinizi yoxlayın, öyrəndiklərinizi tətbiq edin və ümumiləşdirici tapşırıqlar yeni anlayışları fərqli situasiyaya tətbiq etməyə və qazanılmış bilikləri dərinləşdirərək möhkəmləndirməyə kömək edir" - deyə o qeyd edib.Xatırladaq ki, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bir müddət öncə əlavə olaraq III siniflərdə "Happy Campers" ingilis dili dərsliyinin keçiriləcəyini də qeyd etmişdi. O deyib ki, gələcək illərdə informatikaya dair kurrikulum, proqram və dərsliklərin yenilənməsi nəzərdə tutulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41694/22/416942257_84:0:1417:1000_1920x0_80_0_0_5fce1d85ef1e796ef51383db106d2a96.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dərslik, çap, nəşr
Azərbaycanda yeni dərsliyin tədrisinə başlanılıb
Rüfət Əzizov bildirib ki, dərslikdə hər bölmənin əvvəlində bölmədəki mövzular əsasında qazanılan bilik və bacarıqlar sadalanır.
BAKI, 11 oktyabr — Sputnik. Təhsil İnstitutunun hazırladığı Təbiət - 6 (Science 6) dərsliyinin pilot tədrisinə başlanılıb. Bu barədə İnstitutun direktoru Rüfət Əzizov məlumat verib.
O bildirib ki, dərsliyin gələn il kütləvi istifadəsi planlaşdırılır:
"Dərslik ən yeni təcrübələri özündə əks etdirərək, cəlbedici tərtibatda hazırlanıb. Dərsliyin hazırlamasında Sinqapurun "Alston" nəşriyyat evi ilə məsləhətləşmələr aparılıb və müəlliflər təlimlərə cəlb edilib. Müəlliflərimizi təbrik edirəm və layihə rəhbərlərinə təşəkkür edirəm. Dərslikdə hər bölmənin əvvəlində bölmədəki mövzular əsasında qazanılan bilik və bacarıqlar sadalanır. Daha sonra tədqiqat sualları, tanış situasiya və ona aid suallar təqdim olunur. Situasiya təhlil olunur. Tədqiqat sualına cavab tapmaq üçün praktik tapşırıqlar verilir və nəticədə proses bacarıqları inkişaf etdirilir. Araşdırmadan sonra yeni mövzu izah olunur. Düşün - müzakirə et - paylaş hissəsində isə düşünmək və sinif yoldaşları ilə müzakirə etmək üçün suallar nəzərdə tutulur. Belə müzakirələr zamanı müstəqil düşünmə və kommunikasiya bacarıqları inkişaf etdirilir. Öyrəndiklərinizi yoxlayın, öyrəndiklərinizi tətbiq edin və ümumiləşdirici tapşırıqlar yeni anlayışları fərqli situasiyaya tətbiq etməyə və qazanılmış bilikləri dərinləşdirərək möhkəmləndirməyə kömək edir" - deyə o qeyd edib.
Xatırladaq ki, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bir müddət öncə əlavə olaraq III siniflərdə "Happy Campers" ingilis dili dərsliyinin keçiriləcəyini də qeyd etmişdi. O deyib ki, gələcək illərdə informatikaya dair kurrikulum, proqram və dərsliklərin yenilənməsi nəzərdə tutulub.