https://sputnik.az/20221011/ayb-qurultay-kecirmek-ucun-bankdan-kredit-goturub-447294993.html
AYB qurultay keçirmək üçün bankdan kredit götürüb
AYB qurultay keçirmək üçün bankdan kredit götürüb
Sputnik Azərbaycan
Anar Rzayev bildirib ki, pul hesaba yatandan sonra həmin maliyyə ilə də banka olan borclarını bağlayacaqlar. 11.10.2022, Sputnik Azərbaycan
2022-10-11T14:08+0400
2022-10-11T14:08+0400
2022-10-11T14:08+0400
azərbaycan yazıçılar birliyi
cəmiyyət
anar
kredit
https://cdnn1.img.sputnik.az/img/40704/86/407048639_0:0:963:541_1920x0_80_0_0_bfdf9d1fd7a775835b1825d3a775335c.jpg
BAKI, 11 oktyabr — Sputnik. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev qurumun növbəti qurultayının keçirilməsi üçün kredit götürülməsi ilə bağlı məlumatı təsdiqləyib.Sputnik Azərbaycan-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Anar Rzayev qurultayın keçirilməsinə maliyyə lazım olduğunu bildirib:Qeyd edək ki, mətbuatda Yazıçılar Birliyinin növbəti qurultayının keçirilməsi üçün kredit əldə etdiyi bildirilib. Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza isə kredit alınması barədə məlumatın həqiqəti əks etdirmədiyini deyib.Xatırladaq ki, AYB-də qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 2014-cü ildə keçirilib. 2019-cu ildən bəri isə tədbirin pandemiya səbəbindən keçirilməsi mümkün olmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40704/86/407048639_93:0:814:541_1920x0_80_0_0_bf208d4ccada4d35a8cb6011db44061c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan yazıçılar birliyi, anar, kredit
azərbaycan yazıçılar birliyi, anar, kredit
AYB qurultay keçirmək üçün bankdan kredit götürüb
Anar Rzayev bildirib ki, pul hesaba yatandan sonra həmin maliyyə ilə də banka olan borclarını bağlayacaqlar.
BAKI, 11 oktyabr — Sputnik. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev qurumun növbəti qurultayının keçirilməsi üçün kredit götürülməsi ilə bağlı məlumatı təsdiqləyib.
Sputnik Azərbaycan-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Anar Rzayev qurultayın keçirilməsinə maliyyə lazım olduğunu bildirib:
"Düzdür, kredit götürmüşük. Çünki bizə pul lazım idi. Pul ayırıblar, amma həmin maliyyə hesaba yatmayıb. Onun üçün də kredit götürdük. Pul hesaba yatandan sonra həmin maliyyə ilə də banka olan borcumuzu bağlayacağıq".
Qeyd edək ki, mətbuatda Yazıçılar Birliyinin növbəti qurultayının keçirilməsi üçün kredit əldə etdiyi bildirilib. Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza isə kredit alınması barədə məlumatın həqiqəti əks etdirmədiyini deyib.
Xatırladaq ki, AYB-də qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 2014-cü ildə keçirilib. 2019-cu ildən bəri isə tədbirin pandemiya səbəbindən keçirilməsi mümkün olmayıb.