https://sputnik.az/20221010/xususi-teyinatlilarin-qafqaz-qartali-2022-telimleri-baslayib-447269487.html
Xüsusi təyinatlıların "Qafqaz Qartalı-2022" təlimləri başlayıb
Xüsusi təyinatlıların "Qafqaz Qartalı-2022" təlimləri başlayıb
Sputnik Azərbaycan
Bildirilib ki, Gürcüstanın ev sahibliyi etdiyi təlimlərin açılış mərasimi oktyabrın 10-da Muxrovanidə baş tutub. 10.10.2022, Sputnik Azərbaycan
2022-10-10T16:43+0400
2022-10-10T16:43+0400
2022-10-10T16:43+0400
"qafqaz qartalı"
hərbi
xüsusi təyinatlılar
https://cdnn1.img.sputnik.az/img/07e5/05/12/426982387_0:63:1201:738_1920x0_80_0_0_9dbc63591506307c7f6c6d2a9fe54701.jpg
BAKI, 10 oktyabr — Sputnik. Türkiyə, Azərbaycan və Gürcüstan xüsusi təyinatlılarının "Qafqaz Qartalı-2022" hərbi təlimlərinin açılışı olub.Məlumatı Türkiyənin Gürcüstandakı səfirliyi "Facebook"da paylaşıb.Bildirilib ki, Gürcüstanın ev sahibliyi etdiyi təlimlərin açılış mərasimi oktyabrın 10-da Muxrovanidə baş tutub.Xatırladaq ki, 2022-ci ilin planına əsasən Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələri birgə təlim keçir.Aksaz dəniz bazasında keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.Təlim iştirakçıları plana əsasən gecə və gündüz şəraitində fərdi və qrup şəklində taktiki atışlar, qarışıq qruplar şəklində birgə marş, pusqu və basqın, eləcə də dənizdə xüsusi qapalı sualtı tənəffüs aparatlarından istifadə etməklə uzun məsafələrə sualtı üzmə tapşırıqları yerinə yetirəcəklər.Təlim oktyabrın 14-dək davam edəcək.
https://sputnik.az/20221006/azerbaycan-ve-turkiye-xususi-teyinatlilari-birge-telim-kecirler---vdeo-447111549.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/12/426982387_66:0:1133:800_1920x0_80_0_0_94d81f0ddab434f76d6144bfc4401c50.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
"qafqaz qartalı", xüsusi təyinatlılar
"qafqaz qartalı", xüsusi təyinatlılar
Xüsusi təyinatlıların "Qafqaz Qartalı-2022" təlimləri başlayıb
Bildirilib ki, Gürcüstanın ev sahibliyi etdiyi təlimlərin açılış mərasimi oktyabrın 10-da Muxrovanidə baş tutub.
BAKI, 10 oktyabr — Sputnik. Türkiyə, Azərbaycan və Gürcüstan xüsusi təyinatlılarının "Qafqaz Qartalı-2022" hərbi təlimlərinin açılışı olub.
Məlumatı Türkiyənin Gürcüstandakı səfirliyi "Facebook"da paylaşıb.
Bildirilib ki, Gürcüstanın ev sahibliyi etdiyi təlimlərin açılış mərasimi oktyabrın 10-da Muxrovanidə baş tutub.
Xatırladaq ki, 2022-ci ilin planına əsasən Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələri birgə təlim keçir.
Aksaz dəniz bazasında keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.
Təlim iştirakçıları plana əsasən gecə və gündüz şəraitində fərdi və qrup şəklində taktiki atışlar, qarışıq qruplar şəklində birgə marş, pusqu və basqın, eləcə də dənizdə xüsusi qapalı sualtı tənəffüs aparatlarından istifadə etməklə uzun məsafələrə sualtı üzmə tapşırıqları yerinə yetirəcəklər.
Təlim oktyabrın 14-dək davam edəcək.