https://sputnik.az/20221010/prezident-lham-eliyevin-qirgizistana-sefer-proqrami-aciqlandi-447251468.html
Prezident İlham Əliyevin Qırğızıstana səfər proqramı açıqlandı
Prezident İlham Əliyevin Qırğızıstana səfər proqramı açıqlandı
Sputnik Azərbaycan
Səfər çərçivəsində Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyev ilə ikitərəfli danışıqlar aparacaq. 10.10.2022, Sputnik Azərbaycan
2022-10-10T11:30+0400
2022-10-10T11:30+0400
2022-10-10T11:33+0400
prezident ilham əliyev
siyasət
qırğız respublikası
qırğız
sadır japarov
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446932416_0:0:1921:1080_1920x0_80_0_0_a95bd014291218207069c106a4bf9ab4.jpg
BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il oktyabrın 11-12-də Qırğız Respublikasında dövlət səfərində olacaq. Bu barədə Qırğız Respublikasının Prezidentinin rəsmi saytında məlumat verilib.Səfər çərçivəsində Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyev ilə ikitərəfli danışıqlar aparacaq.Ölkələrin liderləri ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin səmərəli əməkdaşlığın gələcək inkişafı və qurulması perspektivlərini müzakirə edəcəklər.Səfər çərçivəsində Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də planlaşdırılır.Bundan əlavə, qarşıdan gələn dövlət səfəri çərçivəsində Qırğızıstan-Azərbaycan Dostluq Parkının, eləcə də Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı olacaq.Xatırladaq ki, bu ilin aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana səfər edib. Həmin səfər çərçivəsində "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum" imzalanıb.Qeyd edək ki, sənəd aprelin 20-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi zamanı imzalanıb. İki ölkə arasında imzalanan sənədlərin ümumi sayı 10-dur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446932416_19:0:1722:1277_1920x0_80_0_0_c67e69c0b38db0e848138e4c08bba51c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
prezident ilham əliyev, qırğız respublikası, qırğız, sadır japarov
prezident ilham əliyev, qırğız respublikası, qırğız, sadır japarov
Prezident İlham Əliyevin Qırğızıstana səfər proqramı açıqlandı
11:30 10.10.2022 (Yenilənib: 11:33 10.10.2022) Səfər çərçivəsində Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyev ilə ikitərəfli danışıqlar aparacaq.
BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il oktyabrın 11-12-də Qırğız Respublikasında dövlət səfərində olacaq. Bu barədə Qırğız Respublikasının Prezidentinin rəsmi saytında məlumat verilib.
Səfər çərçivəsində Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyev ilə ikitərəfli danışıqlar aparacaq.
Ölkələrin liderləri ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin səmərəli əməkdaşlığın gələcək inkişafı və qurulması perspektivlərini müzakirə edəcəklər.
Səfər çərçivəsində Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də planlaşdırılır.
Bundan əlavə, qarşıdan gələn dövlət səfəri çərçivəsində Qırğızıstan-Azərbaycan Dostluq Parkının, eləcə də Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı olacaq.
Xatırladaq ki, bu ilin aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana səfər edib. Həmin səfər çərçivəsində "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum" imzalanıb.
Qeyd edək ki, sənəd aprelin 20-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi zamanı imzalanıb. İki ölkə arasında imzalanan sənədlərin ümumi sayı 10-dur.