SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mikayıl Cabbarovun Moldovanın Baş naziri ilə nəyi müzakirə etdiyi bəlli oldu

© Sputnik / Murad OrujovAzərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov - Sputnik Azərbaycan, 1920, 10.10.2022
Abunə olmaq
Mikayıl Cabbarovun Moldovanın Baş naziri Natalya Qavrilitsa ilə görüşündə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.
BAKI, 10 oktyabr - Sputnik. Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Baş naziri Natalya Qavrilitsa ilə görüşüb.
Bu barədə azərbaycanlı nazir özünün Twitter hesabında yazıb.
"Görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının hazırkı vəziyyəti və genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi apardıq", - M.Cabbarov qeyd edib.
Xatırladaq ki, Bakıda səfərdə olan Moldovanın Baş naziri Natalya Qavrilitsa bu gün Prezident İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşüb. Hər iki görüşün əsas mövzusu Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın burada oynadığı rol olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəsmi səfərə gələn Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə təkbətək görüşü olub - Sputnik Azərbaycan, 1920, 10.10.2022
SİYASƏT
İlham Əliyev və Nataliya Qavrilitsa Bakıda nədən danışıblar?
Xəbər lenti
0