https://sputnik.az/20221010/ermenistanin-imkani-yoxdursa-tezminati-torpaqla-odeye-biler---zahid-oruc-447245847.html
Ermənistanın imkanı yoxdursa, təzminatı torpaqla ödəyə bilər - Zahid Oruc
Ermənistanın imkanı yoxdursa, təzminatı torpaqla ödəyə bilər - Zahid Oruc
Sputnik Azərbaycan
STM Mərkəzi İdarə Heyətinin sədri bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsini beynəlxalq hüquqa tam uyğun, ədalətli aparıb. 10.10.2022, Sputnik Azərbaycan
2022-10-10T11:00+0400
2022-10-10T11:00+0400
2022-10-10T11:00+0400
siyasət
zahid oruc
millət vəkili zahid oruc
ermənistan
zəngilan
https://cdnn1.img.sputnik.az/img/40534/01/405340143_0:33:1689:983_1920x0_80_0_0_5dac65de2eba316269aad74c0d5cb53d.jpg
BAKI, 10 oktyabr — Sputnik. "Oktyabrın 2-də erməni əsgərlərin təsdiqlənməyən qətli görüntüsü ətrafında yaradılan ajiotaj qələbəmizə zərbə vurmaq məqsədi daşıyır".Bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə keçirilən "Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda konfransda STM Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc bildirib.O deyib ki, Azərbaycan İkinci Qarabağ müharibəsini beynəlxalq hüquqa tam uyğun, ədalətli aparıb:"44 günlük müharibə əsl Nürnberq Məhkəməsi oldu. Zəfərimizdən sonra dünya gördü ki, azad edilmiş torpaqlarda 1 milyondan çox mina basdırılıb. Bunun özü də terrordur. Onu da xüsusi qeyd etmək lazımdır ki, indiyə qədər bir Xocalı qatili də beynəlxalq məhkəmələrdə mühakimə olunmayıb. Onların son 30 ildəki qəhrəmanlarının əksəriyyəti xalqımıza qarşı cinayət törədənlərdir. Haaqa Tribunalı gərək bu erməni cinayətkarları mühakimə edəydi".STM Mərkəzi İdarə Heyətinin sədri qeyd edib ki, Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın hərbi cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır: "Təkcə ABŞ-ın Ukraynaya hərbi yardımının miqdarı 26 milyard dollar təşkil edir, Ukraynanın bərpası üçün 500 milyard dollar vəd olunur. Bunu təqdir edirik. Ancaq azad edilmiş ərazilərə qayıdışla bağlı belə dəstəyi görmürük. Ermənistanın təzminat ödəməyə imkanı yoxdursa, torpaq və digər formalarda bu təzminat ödənilə bilər".Xatırladaq ki cari ilin mayında Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən demişdi ki, Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metal yataqlarını da vəhşicəsinə istismar etmişdir:"Zəngilanda Vejnəli qızıl yatağını vəhşicəsinə istismar etmişdir. Oranı da ekoloji fəlakət zonasına çevirmişdir və qanunsuz olaraq orada çıxarılan qızıl xaricə aparılıb satılmışdır. Biz indi bütün hüquqi prosedurlara start vermişik. Mən bu haqda Azərbaycan ictimaiyyətini məlumatlandırmışdım. Bir cinayət də cavabsız qalmayacaq. Birincisi, biz dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və biz beynəlxalq məhkəmələrə də müraciət etmək əzmindəyik, hazırlıq işləri gedir. Həmçinin Vejnəli qızıl yatağının xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz o adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa edəcəyik və bizə təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər" (APA).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40534/01/405340143_7:0:1604:1198_1920x0_80_0_0_ca31fb7973aeb81e7c6098dfff90f124.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
zahid oruc, millət vəkili zahid oruc, ermənistan, zəngilan
zahid oruc, millət vəkili zahid oruc, ermənistan, zəngilan
Ermənistanın imkanı yoxdursa, təzminatı torpaqla ödəyə bilər - Zahid Oruc
STM Mərkəzi İdarə Heyətinin sədri bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsini beynəlxalq hüquqa tam uyğun, ədalətli aparıb.
BAKI, 10 oktyabr — Sputnik. "Oktyabrın 2-də erməni əsgərlərin təsdiqlənməyən qətli görüntüsü ətrafında yaradılan ajiotaj qələbəmizə zərbə vurmaq məqsədi daşıyır".
Bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə keçirilən "Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda konfransda STM Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc bildirib.
O deyib ki, Azərbaycan İkinci Qarabağ müharibəsini beynəlxalq hüquqa tam uyğun, ədalətli aparıb:
"44 günlük müharibə əsl Nürnberq Məhkəməsi oldu. Zəfərimizdən sonra dünya gördü ki, azad edilmiş torpaqlarda 1 milyondan çox mina basdırılıb. Bunun özü də terrordur. Onu da xüsusi qeyd etmək lazımdır ki, indiyə qədər bir Xocalı qatili də beynəlxalq məhkəmələrdə mühakimə olunmayıb. Onların son 30 ildəki qəhrəmanlarının əksəriyyəti xalqımıza qarşı cinayət törədənlərdir. Haaqa Tribunalı gərək bu erməni cinayətkarları mühakimə edəydi".
STM Mərkəzi İdarə Heyətinin sədri qeyd edib ki, Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın hərbi cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır:
"Təkcə ABŞ-ın Ukraynaya hərbi yardımının miqdarı 26 milyard dollar təşkil edir, Ukraynanın bərpası üçün 500 milyard dollar vəd olunur. Bunu təqdir edirik. Ancaq azad edilmiş ərazilərə qayıdışla bağlı belə dəstəyi görmürük. Ermənistanın təzminat ödəməyə imkanı yoxdursa, torpaq və digər formalarda bu təzminat ödənilə bilər".
Xatırladaq ki cari ilin mayında Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən demişdi ki, Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metal yataqlarını da vəhşicəsinə istismar etmişdir:
"Zəngilanda Vejnəli qızıl yatağını vəhşicəsinə istismar etmişdir. Oranı da ekoloji fəlakət zonasına çevirmişdir və qanunsuz olaraq orada çıxarılan qızıl xaricə aparılıb satılmışdır. Biz indi bütün hüquqi prosedurlara start vermişik. Mən bu haqda Azərbaycan ictimaiyyətini məlumatlandırmışdım. Bir cinayət də cavabsız qalmayacaq. Birincisi, biz dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir.
Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və biz beynəlxalq məhkəmələrə də müraciət etmək əzmindəyik, hazırlıq işləri gedir. Həmçinin Vejnəli qızıl yatağının xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz o adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa edəcəyik və bizə təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər" (APA).