https://sputnik.az/20221010/ermenistan-texribat-toredib-ordumuzun-daskesen-ve-tovuzdaki-movqeleri-atese-tutulub-447285093.html
Ermənistan təxribat törədib: Ordumuzun Daşkəsən və Tovuzdakı mövqeləri atəşə tutulub
Ermənistan təxribat törədib: Ordumuzun Daşkəsən və Tovuzdakı mövqeləri atəşə tutulub
Sputnik Azərbaycan
Ermənistan silahlı qüvvələrinin bölmələri Ordumuzun Daşkəsən rayonunun Təzəkənd, Tovuz rayonunun Ağbulaq yaşayış məntəqələri istiqamətlərində yerləşən... 10.10.2022, Sputnik Azərbaycan
2022-10-10T19:25+0400
2022-10-10T19:25+0400
2022-10-10T19:51+0400
hərbi
azərbaycan ordusu
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426117780_0:161:3069:1887_1920x0_80_0_0_f9e467197d33147a2bd50b01159282f4.jpg
BAKI, 10 oktyabr - Sputnik. Oktyabrın 10-u saat 09:55-dən saat 16:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd, Tovuz rayonunun Ağbulaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.Ötən gün Kəlbəcər və Gədəbəydəki mövqelərimiz hədəf olubOktyabrın 9-u axşam saatlarında da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub.Xatırladaq ki, oktyabrın 8-i axşam saatlarında da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, oktyabrın 9-u səhər saatlarında isə Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.Bundan əvvəl isə oktyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutmuşdu.Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426117780_168:0:2899:2048_1920x0_80_0_0_7baa34baf7850e7ee0bd071d7b599a83.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan ordusu, ermənistan
azərbaycan ordusu, ermənistan
Ermənistan təxribat törədib: Ordumuzun Daşkəsən və Tovuzdakı mövqeləri atəşə tutulub
19:25 10.10.2022 (Yenilənib: 19:51 10.10.2022) Ermənistan silahlı qüvvələrinin bölmələri Ordumuzun Daşkəsən rayonunun Təzəkənd, Tovuz rayonunun Ağbulaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
BAKI, 10 oktyabr - Sputnik. Oktyabrın 10-u saat 09:55-dən saat 16:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd, Tovuz rayonunun Ağbulaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Ötən gün Kəlbəcər və Gədəbəydəki mövqelərimiz hədəf olub
Oktyabrın 9-u axşam saatlarında da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Xatırladaq ki, oktyabrın 8-i axşam saatlarında da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, oktyabrın 9-u səhər saatlarında isə Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bundan əvvəl isə oktyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutmuşdu.
Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.