https://sputnik.az/20221010/bagcalara-ise-qebul-ucun-musahibenin-kecid-bali-aciqlandi-447251173.html
Bağçalara işə qəbul üçün müsahibənin keçid balı açıqlandı
Bağçalara işə qəbul üçün müsahibənin keçid balı açıqlandı
Sputnik Azərbaycan
Müsahibə zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq. 10.10.2022, Sputnik Azərbaycan
2022-10-10T11:41+0400
2022-10-10T11:41+0400
2022-10-10T11:41+0400
bağça
təhsil
test
test imtahanı
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/02/16/426289068_0:0:3029:1705_1920x0_80_0_0_ea60d1342f1f1d4d711352f08ceb67e4.jpg
BAKI, 10 oktyabr — Sputnik. Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə üçün minimum keçid balı 35 müəyyənləşdirilib.Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, minimum tələbi ödəyən bütün namizədlər müsahibə mərhələsində iştirak edəcəklər.Namizədlər müsahibədən öncə psixoloji testə cəlb olunacaqlar. Müsahibə zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.Qeyd edək ki, test imtahanı və müsahibə nəticəsi nəzərə alınaraq, namizədlərin vakant yerlərə yerləşdirilməsi həyata keçiriləcək.29 avqust tarixində 2022-2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunub. Ölkə üzrə 9 imtahan mərkəzində təşkil olunan test imtahanı mərhələsində 5508 nəfər namizəd dəvət edilib. Onlardan 4539 nəfər namizəd test imtahanında iştirak edib.Xatırladaq ki, test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilib. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulub. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri 1 bal olaraq hesablanıb.Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən, məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid hər səhv cavablandırılmış test tapşırığı - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/16/426289068_0:0:2731:2048_1920x0_80_0_0_22103d1c76588ff04be6e049ae71676b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bağça, test, test imtahanı, elm və təhsil nazirliyi
bağça, test, test imtahanı, elm və təhsil nazirliyi
Bağçalara işə qəbul üçün müsahibənin keçid balı açıqlandı
Müsahibə zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.
BAKI, 10 oktyabr — Sputnik. Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə üçün minimum keçid balı 35 müəyyənləşdirilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, minimum tələbi ödəyən bütün namizədlər müsahibə mərhələsində iştirak edəcəklər.
Namizədlər müsahibədən öncə psixoloji testə cəlb olunacaqlar. Müsahibə zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.
Qeyd edək ki, test imtahanı və müsahibə nəticəsi nəzərə alınaraq, namizədlərin vakant yerlərə yerləşdirilməsi həyata keçiriləcək.
29 avqust tarixində 2022-2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunub. Ölkə üzrə 9 imtahan mərkəzində təşkil olunan test imtahanı mərhələsində 5508 nəfər namizəd dəvət edilib. Onlardan 4539 nəfər namizəd test imtahanında iştirak edib.
Xatırladaq ki, test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilib. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulub. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri 1 bal olaraq hesablanıb.
Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən, məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid hər səhv cavablandırılmış test tapşırığı - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.