https://sputnik.az/20221010/azerbaycanda-bas-veren-yangin-ve-partlayislarin-statistikasi-aciqlandi-447267737.html
Azərbaycanda baş verən yanğın və partlayışların statistikası açıqlandı
Azərbaycanda baş verən yanğın və partlayışların statistikası açıqlandı
Sputnik Azərbaycan
Bildirilib ki, bu da ötən il ilə müqayisədə yanğından, həlak olanlar üzrə 14 nəfər 6%, xəsarət alanlar üzrə 49 nəfər və ya 60% çoxdur. 10.10.2022, Sputnik Azərbaycan
2022-10-10T15:41+0400
2022-10-10T15:41+0400
2022-10-10T15:51+0400
yanğın
azərbaycan xəbərləri
fövqəladə hallar nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332452_0:160:3071:1887_1920x0_80_0_0_309c1048a80ca60e73fd80b7c0bfe02c.jpg
BAKI, 10 oktyabr — Sputnik. 2022-ci ilin I yarımilliyi ərzində Azərbaycanda 933 yanğın hadisəsi baş verib, 37 nəfər həlak olub.Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, yanğın zamanı 130 nəfər xəsarət alıb: "Bu da ötən il ilə müqayisədə yanğından, həlak olanlar üzrə 14 nəfər 6%, xəsarət alanlar üzrə 49 nəfər və ya 60% çoxdur".Müvafiq dövr ərzində Azərbaycanda 34 partlayış hadisəsi olub, 11 nəfər ölüb.Qeyd olunub ki, partlayışlar zamanı 70 nəfər xəsarət alıb: "Bu da 2021-ci ilin I yarımilliyi ilə müqayisədə 9 hadisə və ya 21% azdır".Xatırladaq ki, bir neçə gün əvvəl Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 19 ünvanında yerləşən binada yanğınla nəticələnən partlayış baş verib.Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.FHN-in yaydığı xəbərə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğınla nəticələnən partlayışın beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş verdiyi və yanğının hər an genişlənərək digər mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və digər mənzillərə keçməsinə imkan verilməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332452_171:0:2900:2047_1920x0_80_0_0_c7556b6ba6f70330f92b6d992902d5e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yanğın, fövqəladə hallar nazirliyi
yanğın, fövqəladə hallar nazirliyi
Azərbaycanda baş verən yanğın və partlayışların statistikası açıqlandı
15:41 10.10.2022 (Yenilənib: 15:51 10.10.2022) Bildirilib ki, bu da ötən il ilə müqayisədə yanğından, həlak olanlar üzrə 14 nəfər 6%, xəsarət alanlar üzrə 49 nəfər və ya 60% çoxdur.
BAKI, 10 oktyabr — Sputnik. 2022-ci ilin I yarımilliyi ərzində Azərbaycanda 933 yanğın hadisəsi baş verib, 37 nəfər həlak olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın zamanı 130 nəfər xəsarət alıb: "Bu da ötən il ilə müqayisədə yanğından, həlak olanlar üzrə 14 nəfər 6%, xəsarət alanlar üzrə 49 nəfər və ya 60% çoxdur".
Müvafiq dövr ərzində Azərbaycanda 34 partlayış hadisəsi olub, 11 nəfər ölüb.
Qeyd olunub ki, partlayışlar zamanı 70 nəfər xəsarət alıb: "Bu da 2021-ci ilin I yarımilliyi ilə müqayisədə 9 hadisə və ya 21% azdır".
Xatırladaq ki, bir neçə gün əvvəl Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 19 ünvanında yerləşən binada yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.
FHN-in yaydığı xəbərə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğınla nəticələnən partlayışın beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş verdiyi və yanğının hər an genişlənərək digər mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və digər mənzillərə keçməsinə imkan verilməyib.