https://sputnik.az/20221010/aspa-prezidenti-azerbaycan-ve-ermenistani-dialoqa-cagirib-447266898.html
AŞPA Prezidenti Azərbaycan və Ermənistanı dialoqa çağırıb
AŞPA Prezidenti Azərbaycan və Ermənistanı dialoqa çağırıb
Sputnik Azərbaycan
AŞPA Prezidenti parlamentariləri eyni zamanda, çətin və həssas məsələlərdə fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə dialoq qurmağa çağırıb. 10.10.2022, Sputnik Azərbaycan
2022-10-10T15:52+0400
2022-10-10T15:52+0400
2022-10-10T15:52+0400
aşpa
siyasət
https://cdnn1.img.sputnik.az/img/41102/06/411020604_0:318:3076:2048_1920x0_80_0_0_c334b9a0b0ba19469a6aa4efdbe86291.jpg
BAKI, 10 oktyabr — Sputnik. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koks Azərbaycan və Ermənistana dialoqla bağlı çağırış edib.Bu gün Strasburqda AŞPA-nın payız sessiyasında çıxış edən Tini Koks Azərbaycan və Ermənistandan olan parlamentariləri Assembleyadan forum kimi faydalanmağa çağırıb.O, parlamentariləri eyni zamanda, çətin və həssas məsələlərdə fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə dialoq qurmağa çağırıb.Qeyd edək ki, bu gün AŞPA-nın payız sessiyasının ilk günündə Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlarla bağlı məsələnin müzakirə olunması qərarlaşdırılıb. Məsələ bu gün sessiyanın ikinci hissəsində Fransa vaxtı ilə təxminən 16:00 radələrində müzakirə olunacaq.Xatırladaq ki, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, parlamentin komitə sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri – deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Pərvin Kərimzadə, Fazil Mustafa, Asim Mollazadə və Sevinc Fətəliyeva qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-da Fransanın Strasburq şəhərinə yola düşüblər.Qeyd edək ki, sessiyada AŞPA-nın Büro və Daimi Komitəsinin işi haqqında hesabat dinləniləcək, Qərbi Balkanlar üçün Avropa perspektivinin dəstəklənməsi, Avropa Şurasına üzv dövlətlərin Şengen informasiya sistemindən siyasi motivli sanksiya kimi sui-istifadə etməsi, Türkiyə, Macarıstan, Rumıniya tərəfindən öhdəliklərin yerinə yetirilməsi, miqrasiyanın tənzimlənməsi, idman dünyasında qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması, əmək hüquqlarına yenidən baxılması, peyvənd ayrı-seçkiliyinin qarşısının alınması və digər məsələlərə baxılacaq.Nümayəndə heyətimizin üzvləri sessiyada müzakirəyə çıxarılacaq məsələlərlə bağlı öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41102/06/411020604_207:0:2938:2048_1920x0_80_0_0_3650e4b1cb0b81898fce6fdf0a1b5fc9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
aşpa
AŞPA Prezidenti Azərbaycan və Ermənistanı dialoqa çağırıb
AŞPA Prezidenti parlamentariləri eyni zamanda, çətin və həssas məsələlərdə fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə dialoq qurmağa çağırıb.
BAKI, 10 oktyabr — Sputnik. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koks Azərbaycan və Ermənistana dialoqla bağlı çağırış edib.
Bu gün Strasburqda AŞPA-nın payız sessiyasında çıxış edən Tini Koks Azərbaycan və Ermənistandan olan parlamentariləri Assembleyadan forum kimi faydalanmağa çağırıb.
O, parlamentariləri eyni zamanda, çətin və həssas məsələlərdə fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə dialoq qurmağa çağırıb.
Qeyd edək ki, bu gün AŞPA-nın payız sessiyasının ilk günündə Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlarla bağlı məsələnin müzakirə olunması qərarlaşdırılıb. Məsələ bu gün sessiyanın ikinci hissəsində Fransa vaxtı ilə təxminən 16:00 radələrində müzakirə olunacaq.
Xatırladaq ki, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, parlamentin komitə sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri – deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Pərvin Kərimzadə, Fazil Mustafa, Asim Mollazadə və Sevinc Fətəliyeva qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-da Fransanın Strasburq şəhərinə yola düşüblər.
Qeyd edək ki, sessiyada AŞPA-nın Büro və Daimi Komitəsinin işi haqqında hesabat dinləniləcək, Qərbi Balkanlar üçün Avropa perspektivinin dəstəklənməsi, Avropa Şurasına üzv dövlətlərin Şengen informasiya sistemindən siyasi motivli sanksiya kimi sui-istifadə etməsi, Türkiyə, Macarıstan, Rumıniya tərəfindən öhdəliklərin yerinə yetirilməsi, miqrasiyanın tənzimlənməsi, idman dünyasında qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması, əmək hüquqlarına yenidən baxılması, peyvənd ayrı-seçkiliyinin qarşısının alınması və digər məsələlərə baxılacaq.
Nümayəndə heyətimizin üzvləri sessiyada müzakirəyə çıxarılacaq məsələlərlə bağlı öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.