https://sputnik.az/20221009/turkiye-hokumeti-ucot-derecesini-endirmeye-davam-edecek---erdogan-447229526.html
Türkiyə hökuməti uçot dərəcəsini endirməyə davam edəcək - Ərdoğan
Türkiyə hökuməti uçot dərəcəsini endirməyə davam edəcək - Ərdoğan
Sputnik Azərbaycan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk lirəsinin taleyi barədə danışarkən deyib ki, o hakimiyyətdə olduğu müddətdə faizlər hər gün, hər həftə və hər ay... 09.10.2022, Sputnik Azərbaycan
2022-10-09T11:54+0400
2022-10-09T11:54+0400
2022-10-09T11:56+0400
dünya xəbərləri
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
türk lirəsi
inflyasiya
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446156719_0:0:2967:1669_1920x0_80_0_0_5ec0563041db53395c5f3c39363d42e9.jpg
BAKI, 9 oktyabr - Sputnik. Türkiyə hökuməti uçot dərəcəsini endirməyə davam edəcək.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk lirəsinin taleyi barədə danışarkən deyib. “Qardaşlarınız hakimiyyətdə olduğu müddətdə faiz hər gün, hər həftə və hər ay azalmağa davam edəcək. Bizim kiminsə məsləhət və tövsiyələrinə ehtiyacımız yoxdur”, - deyə Ərdoğan bildirib.Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin son iclası 22 sentyabrda keçirilib. İclasda uçot dərəcəsi 1 faiz bəndi azaldılaraq 13%-dən 12%-ə endirilib.Qeyd edək ki, ötən həftə Türkiyədə inflyasiya son 24 ilin ən yüksək səviyyəsinə - 83%-ə çatıb. Nəqliyyat, ərzaq və mənzil bazarında qiymətlərdə ən yüksək artım müşahidə edilir.Müstəqil ekspertlər qrupu – Inflation Research Group-un təxminlərinə, əsasən isə illik göstərici daha çox, əsasən 186.27%-dir.Maraqlısı budur ki, bir sıra Avropa ölkələrinin və ABŞ, Kanadanın Mərkəzi Bankları yüksək inflyasiya dərəcəsi ilə mübarizə aparmaq üçün faiz dərəcələrini yüksəltmişdilər, ancaq Türkiyədə isə bunun əksi müşahidə edilib.Nəqliyyat sektorunda ən kəskin illik artım olub və 117.66%-ə çatıb, daha sonra isə bunu ərzaq və alkoqol olmayan içki bazarı – 93% tutub.2021-ci ildə Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini 19%-dən 14%-ə qədər azaltmışdı və bu da lirənin dəyərini itirməsinə gətirib çıxarmışdı. Bu o demək idi ki, xaricdən idxal edilən məhsullar ölkəyə daha baha başa gəlir.Üstəgəl, türk lirəsinin qiyməti dollar qarşısında yeni rekorda çatıb və 18.56 olub.Qiymətlərin yüksəlməsi təkcə Türkiyədə deyil, bütün dünya ölkələrində müşahidə edilir. Bu COVID-19 epidemiyası ilə bağlı olaraq təchizat çatışmazlığı və Ukrayna müharibəsi ilə əlaqələndirilir. Nəticədə dünya bazarında enerji və ərzağın qiymətləri bahalaşır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446156719_118:0:2849:2048_1920x0_80_0_0_203f4b536878212c3208a28377cb3775.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, türk lirəsi, inflyasiya
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, türk lirəsi, inflyasiya
Türkiyə hökuməti uçot dərəcəsini endirməyə davam edəcək - Ərdoğan
11:54 09.10.2022 (Yenilənib: 11:56 09.10.2022) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk lirəsinin taleyi barədə danışarkən deyib ki, o hakimiyyətdə olduğu müddətdə faizlər hər gün, hər həftə və hər ay azalmağa davam edəcək.
BAKI, 9 oktyabr - Sputnik. Türkiyə hökuməti uçot dərəcəsini endirməyə davam edəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk lirəsinin taleyi barədə danışarkən deyib.
“Qardaşlarınız hakimiyyətdə olduğu müddətdə faiz hər gün, hər həftə və hər ay azalmağa davam edəcək. Bizim kiminsə məsləhət və tövsiyələrinə ehtiyacımız yoxdur”, - deyə Ərdoğan bildirib.
Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin son iclası 22 sentyabrda keçirilib. İclasda uçot dərəcəsi 1 faiz bəndi azaldılaraq 13%-dən 12%-ə endirilib.
Qeyd edək ki, ötən həftə Türkiyədə inflyasiya son 24 ilin ən yüksək səviyyəsinə - 83%-ə çatıb. Nəqliyyat, ərzaq və mənzil bazarında qiymətlərdə ən yüksək artım müşahidə edilir.
Müstəqil ekspertlər qrupu – Inflation Research Group-un təxminlərinə, əsasən isə illik göstərici daha çox, əsasən 186.27%-dir.
Maraqlısı budur ki, bir sıra Avropa ölkələrinin və ABŞ, Kanadanın Mərkəzi Bankları yüksək inflyasiya dərəcəsi ilə mübarizə aparmaq üçün faiz dərəcələrini yüksəltmişdilər, ancaq Türkiyədə isə bunun əksi müşahidə edilib.
Nəqliyyat sektorunda ən kəskin illik artım olub və 117.66%-ə çatıb, daha sonra isə bunu ərzaq və alkoqol olmayan içki bazarı – 93% tutub.
2021-ci ildə Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini 19%-dən 14%-ə qədər azaltmışdı və bu da lirənin dəyərini itirməsinə gətirib çıxarmışdı. Bu o demək idi ki, xaricdən idxal edilən məhsullar ölkəyə daha baha başa gəlir.
Üstəgəl, türk lirəsinin qiyməti dollar qarşısında yeni rekorda çatıb və 18.56 olub.
Qiymətlərin yüksəlməsi təkcə Türkiyədə deyil, bütün dünya ölkələrində müşahidə edilir. Bu COVID-19 epidemiyası ilə bağlı olaraq təchizat çatışmazlığı və Ukrayna müharibəsi ilə əlaqələndirilir. Nəticədə dünya bazarında enerji və ərzağın qiymətləri bahalaşır.