https://sputnik.az/20221009/qirgizistan-ktmt-cercivesinde-sarsilmaz-qardasliq-telimlerinin-legv-edildiyini-aciqladi-447235217.html
Qırğızıstan KTMT çərçivəsində “Sarsılmaz qardaşlıq” təlimlərinin ləğv edildiyini açıqladı
Qırğızıstan KTMT çərçivəsində “Sarsılmaz qardaşlıq” təlimlərinin ləğv edildiyini açıqladı
Sputnik Azərbaycan
Nazirlik 10-14 oktyabr tarixlərində Balıqçı şəhərində (İssık-Kül vilayəti) keçirilməsi nəzərdə tutulan komanda-qərargah təlimlərinin ləğv edilməsinin... 09.10.2022, Sputnik Azərbaycan
2022-10-09T16:27+0400
2022-10-09T16:27+0400
2022-10-09T16:34+0400
hərbi
ktmt
qırğızıstan
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071171_0:106:3264:1942_1920x0_80_0_0_79f6a138600a917fb5b0201f542557e7.jpg
BAKI, 9 oktyabr - Sputnik. Qırğızıstanın Müdafiə Nazirliyi KTMT çərçivəsində “Sarsılmaz qardaşlıq” təlimlərinin ləğv edildiyini açıqlayıbQırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrin sülhməramlı qüvvələrinin 10-14 oktyabr tarixlərində respublika ərazisində keçirilməsi planlaşdırılan “Sarsılmaz Qardaşlıq-2022” komanda-qərargah təlimlərinin keçirilməsini ləğv edib. Bu barədə Qırğızıstan Müdafiə Nazirliyi məlumat verib.“KTMT çərçivəsində “Sarsılmaz Qardaşlıq” təlimləri ləğv edilib”, - deyə mətbuat xidmətinin sözçüsü bildirib.Nazirlik 10-14 oktyabr tarixlərində Balıqçı şəhərində (İssık-Kül vilayəti) keçirilməsi nəzərdə tutulan komanda-qərargah təlimlərinin ləğv edilməsinin səbəblərini açıqlamayıb.Xatırladaq ki bu yaxınlarda bildirilib ki, KTMT Qırğızıstan ərazisində sülhməramlı qüvvələrinin “Sarsılmaz qardaşlıq-2022” komanda-qərargah təlimlərinin və atəşkəs rejiminin təmin edilməsinə dair təlimlərin keçirilməsi nəzərdə tutulmuşdu.Təlimlərə Özbəkistan, Serbiya, Suriya, Türkmənistan və Monqolustandan müşahidəçilərin dəvət olunması planlaşdırılırdı.KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.***Xatırladaq ki, bundan əvvəl də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 10-14 oktyabr tarixlərində Qazaxıstanda keçirilməsi planlaşdırılan “Sarsılmaz Qardaşlıq – 2022” komanda-qərargah təlimi ləğv olunub.Qazaxıstan Müdafiə Nazirliyi də “Sarsılmaz Qardaşlıq – 2022” komanda-qərargah təliminin ləğvinin səbəbi açıqlanmayıb.“Sarsılmaz Qardaşlıq – 2022” çərçivəsində sülhməramlı əməliyyatının keçirilməsi və atəşkəs rejiminin təmin edilməsinə dair təlimlərin keçirilməsi nəzərdə tutulmuşdu. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistandan və Ermənistandan təlimlərdə 6,5 mindən çox hərbçinin iştirak etməsi, 850-dən çox hərbi texnika, o cümlədən hərbi təyyarələr, vertolyotlar və pilotsuz uçuş aparatlarından istifadə edilməsi planlaşdırılmışdı.
https://sputnik.az/20221009/ktmt-nin-qazaxistanda-kecirilecek-sarsilmaz-qardasliq--2022-herbi-telimi-legv-olunub-447228637.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071171_267:0:2998:2048_1920x0_80_0_0_2c6ac0f73c9314bbe1ca8b8d2b42f584.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ktmt, qırğızıstan
Qırğızıstan KTMT çərçivəsində “Sarsılmaz qardaşlıq” təlimlərinin ləğv edildiyini açıqladı
16:27 09.10.2022 (Yenilənib: 16:34 09.10.2022) Nazirlik 10-14 oktyabr tarixlərində Balıqçı şəhərində (İssık-Kül vilayəti) keçirilməsi nəzərdə tutulan komanda-qərargah təlimlərinin ləğv edilməsinin səbəblərini açıqlamayıb.
BAKI, 9 oktyabr - Sputnik. Qırğızıstanın Müdafiə Nazirliyi KTMT çərçivəsində “Sarsılmaz qardaşlıq” təlimlərinin ləğv edildiyini açıqlayıb
Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrin sülhməramlı qüvvələrinin 10-14 oktyabr tarixlərində respublika ərazisində keçirilməsi planlaşdırılan “Sarsılmaz Qardaşlıq-2022” komanda-qərargah təlimlərinin keçirilməsini ləğv edib. Bu barədə Qırğızıstan Müdafiə Nazirliyi məlumat verib.
“KTMT çərçivəsində “Sarsılmaz Qardaşlıq” təlimləri ləğv edilib”, - deyə mətbuat xidmətinin sözçüsü bildirib.
Nazirlik 10-14 oktyabr tarixlərində Balıqçı şəhərində (İssık-Kül vilayəti) keçirilməsi nəzərdə tutulan komanda-qərargah təlimlərinin ləğv edilməsinin səbəblərini açıqlamayıb.
Xatırladaq ki bu yaxınlarda bildirilib ki, KTMT Qırğızıstan ərazisində sülhməramlı qüvvələrinin “Sarsılmaz qardaşlıq-2022” komanda-qərargah təlimlərinin və atəşkəs rejiminin təmin edilməsinə dair təlimlərin keçirilməsi nəzərdə tutulmuşdu.
Təlimlərə Özbəkistan, Serbiya, Suriya, Türkmənistan və Monqolustandan müşahidəçilərin dəvət olunması planlaşdırılırdı.
KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
Xatırladaq ki, bundan əvvəl də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 10-14 oktyabr tarixlərində Qazaxıstanda keçirilməsi planlaşdırılan “Sarsılmaz Qardaşlıq – 2022” komanda-qərargah təlimi ləğv olunub.
Qazaxıstan Müdafiə Nazirliyi də “Sarsılmaz Qardaşlıq – 2022” komanda-qərargah təliminin ləğvinin səbəbi açıqlanmayıb.
“Sarsılmaz Qardaşlıq – 2022” çərçivəsində sülhməramlı əməliyyatının keçirilməsi və atəşkəs rejiminin təmin edilməsinə dair təlimlərin keçirilməsi nəzərdə tutulmuşdu. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistandan və Ermənistandan təlimlərdə 6,5 mindən çox hərbçinin iştirak etməsi, 850-dən çox hərbi texnika, o cümlədən hərbi təyyarələr, vertolyotlar və pilotsuz uçuş aparatlarından istifadə edilməsi planlaşdırılmışdı.