NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

OPEC+ın neft hasilatını azaltmaq qərarı ABŞ-da qıcıq yaradıb

© AFP 2024 / JOE KLAMAROPEC bayrağı
OPEC bayrağı - Sputnik Azərbaycan, 1920, 09.10.2022
Abunə olmaq
ABŞ-ın maliyyə naziri Canet Yellen OPEC+ın neft hasilatını azaltmaq qərarı qlobal iqtisadiyyat üçün faydasızdır və ağlabatan deyil.
BAKI, 9 oktyabr - Sputnik. OPEC+in neft hasilatını azaltmaq qərarı qlobal iqtisadiyyat üçün faydasızdır və ağlabatan deyil.
Bunu ABŞ-ın maliyyə naziri Canet Yellen “Financial Times” qəzetinə müsahibəsində deyib.
O, OPEC+ın qərarını tənqid edib və bunun qlobal iqtisadiyyata pis təsir etdiyini bildirib:
“Biz inkişaf etməkdə olan ölkələr və onların üzləşdiyi problemlərdən çox narahatıq”.
D.Yellen də Vaşinqtonun tərəfdaşlarını Kiyevə maliyyə yardımı göndərilməsinin gecikməsinə görə qınayıb.
“Ukraynaya pul köçürmə sürəti çox yavaşdır. Kiyevə yardım vəd edən bir sıra ölkələr ödəniş etməyib”.
Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 mln. barrel azadılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
“Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin bu yeni öhdəlikləri cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilib. Razılaşmanın müddəti 2023-cü ilin 31 dekabr tarixinədək uzadılıb.
Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel təşkil edir. Beləliklə, “OPEC plus” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılmasını nəzərdə tutur.
“OPEC plus”un növbəti görüşü cari ilin 4 dekabrına təyin edilib.
Xəbər lenti
0