https://sputnik.az/20221009/nezir-qutularina-nezaret-guclendirilir---aneleri-komissiya-sayacaq-447194422.html
Nəzir qutularına nəzarət gücləndirilir - İanələri komissiya sayacaq
Nəzir qutularına nəzarət gücləndirilir - İanələri komissiya sayacaq
Sputnik Azərbaycan
Deputat bildirib ki, qanunda nəzirlərin nağd qaydada qəbulu qadağan olunmur. 09.10.2022, Sputnik Azərbaycan
2022-10-09T09:29+0400
2022-10-09T09:29+0400
2022-10-09T09:29+0400
cəmiyyət
nəzir
qutu
ianə
https://cdnn1.img.sputnik.az/img/40699/38/406993873_0:77:2001:1202_1920x0_80_0_0_401afb56afeb56a132064a88e9825632.jpg
BAKI, 9 oktyabr — Sputnik. İanələrin elektron qaydada ödənilməsi üçün qaydalar hazırlanır. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bildirib. O bildirib ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən dini qurumların ianə qəbul etməsi məsələsi "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb.Bəs görəsən məscidlər, ziyarətgahlar bu ianələri onlayn qəbul etməyə hazırdırmı?Təzə Pir məscidindən Sputnik Azərbaycan-a bildirilib ki, hələki nəzirlər nağd qəbul olunur:"Bizim məsciddə onlayn nəzir yığılmır. Əgər kimsə xaricdən məscidə nəzir göndərmək istəyirsə, burada işləyən dindarların bank kartına göndərə bilər. Oradan nəziri çıxardıb nəzir qutusuna salınır"."Bibiheybət" məscidindən də nəzirlərin onlayn qəbulunun hələki mümkün olmadığını söylədilər:"Məscidin qarşısında nəzir qutusu var. Kimin nəziri varsa, gəlib həm Həkimə xanımın məzarını ziyarət edə bilər, həm də nəzirini sala bilər. Bizim məsciddə nəzirlərin onlayn qəbulu üçün sistem mövcud deyil"."Göy" məsciddən də bildirildi ki, nəzirlər yalnız nağd qaydada qəbul olunur. Məscidə gələnlər nəzir qutusuna ianə edə bilərlər.İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Azər Badamov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik ibadət ocaqlarına edilmiş ianələrə nəzarəti artıracaq.A.Badamov qeyd edib ki, bununla bağlı qanun qəbul olunub. Deputat deyib ki, ianələrin onlayn qəbulu nəzirlərin nağd verilməsinə məhdudiyyət qoymur:"Qanunda nəzirlərin nağd qaydada qəbulu qadağan olunmur. Əksinə nəzirlərin onlayn qəbuluna əlavə imkanlar yaradılır".Millət vəkili bu təcrübədən istifadə edənlərin olacağını düşünür:A.Badamov bəzi ziyarətgahlarda fantastik məbləğdə nəzir toplanması məsələsinə də münasibət bildirib. Deyib ki, bu vaxta qədər bu sahədə hesabatlılq omadığından demək olmaz ki, hansı məsciddə nə qədər ianə toplanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40699/38/406993873_146:0:1853:1280_1920x0_80_0_0_facd87c135123e7a01b010793ceaa1b9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
nəzir, qutu, ianə
Nəzir qutularına nəzarət gücləndirilir - İanələri komissiya sayacaq
Deputat bildirib ki, qanunda nəzirlərin nağd qaydada qəbulu qadağan olunmur.
BAKI, 9 oktyabr — Sputnik. İanələrin elektron qaydada ödənilməsi üçün qaydalar hazırlanır. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bildirib. O bildirib ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən dini qurumların ianə qəbul etməsi məsələsi "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb.
"Belə ki, qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər. Qanundan irəli gələn məsələləri tənzimləmək üçün qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetində hazırlanır. Proses başa çatdırıldıqdan və qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcəkdir və hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələlərə nəzarəti həyata keçirmir", - deyə o qeyd edib.
Bəs görəsən məscidlər, ziyarətgahlar bu ianələri onlayn qəbul etməyə hazırdırmı?
Təzə Pir məscidindən Sputnik Azərbaycan-a bildirilib ki, hələki nəzirlər nağd qəbul olunur:
"Bizim məsciddə onlayn nəzir yığılmır. Əgər kimsə xaricdən məscidə nəzir göndərmək istəyirsə, burada işləyən dindarların bank kartına göndərə bilər. Oradan nəziri çıxardıb nəzir qutusuna salınır".
"Bibiheybət" məscidindən də nəzirlərin onlayn qəbulunun hələki mümkün olmadığını söylədilər:
"Məscidin qarşısında nəzir qutusu var. Kimin nəziri varsa, gəlib həm Həkimə xanımın məzarını ziyarət edə bilər, həm də nəzirini sala bilər. Bizim məsciddə nəzirlərin onlayn qəbulu üçün sistem mövcud deyil".
"Göy" məsciddən də bildirildi ki, nəzirlər yalnız nağd qaydada qəbul olunur. Məscidə gələnlər nəzir qutusuna ianə edə bilərlər.
İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Azər Badamov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik ibadət ocaqlarına edilmiş ianələrə nəzarəti artıracaq.
A.Badamov qeyd edib ki, bununla bağlı qanun qəbul olunub. Deputat deyib ki, ianələrin onlayn qəbulu nəzirlərin nağd verilməsinə məhdudiyyət qoymur:
"Qanunda nəzirlərin nağd qaydada qəbulu qadağan olunmur. Əksinə nəzirlərin onlayn qəbuluna əlavə imkanlar yaradılır".
Millət vəkili bu təcrübədən istifadə edənlərin olacağını düşünür:
"İanələrin onlayn qəbulu şəffaflıq və rahatlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin müasir dövrün çağırışıdır. Bir çox sahələr elektronlaşdırılıb. Əgər ianə nağd formada ediibsə, nəzir qutuları açıldıqdan sonra müvafiq komissiyanın iştirakı ilə aktlaşdırılacaq. Bu zaman hesabatlılıq olacaq. Vətəndaş da istəyər ki, ianəsi düzgün şəkildə istifadə edilsin. Bu sahədə hesabatlılığın olması vacibdir. Bu komissiyada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri də təmsil olunacaq".
A.Badamov bəzi ziyarətgahlarda fantastik məbləğdə nəzir toplanması məsələsinə də münasibət bildirib. Deyib ki, bu vaxta qədər bu sahədə hesabatlılq omadığından demək olmaz ki, hansı məsciddə nə qədər ianə toplanılıb.