DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyada ərzaqlar ucuzlaşır - Ardıcıl altıncı aydır

© BRUCE BENNETT / Getty Images via AFPƏrzaqla dolu səbət
Ərzaqla dolu səbət - Sputnik Azərbaycan, 1920, 09.10.2022
Abunə olmaq
Dünyada ərzaq məhsullarının qiymətləri martda rekord həddə çatmışdı. Bitki yağı qiymətlərinin enməsi indeksin geriləməsinə səbəb olub.
BAKI, 9 oktyabr-Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sentyabr ayı Qlobal Ərzaq Qiymətləri İndeksini açıqlayıb.
Sentyabr ayında indeks aylıq müqayisədə 1,1% azalıb. İndeks illik müqayisədə isə 5,5% artımdadır.
Bitki yağı qiymətlərinin enməsi indeksin geriləməsinə səbəb olub. Bitki Yağı Qiymətləri İndeksi aylıq müqayisə 6,6 faiz azalaraq 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb.
Taxıl Qiyməti İndeksi isə aylıq 1,5% artıb. Sentyabr ayında beynəlxalq buğda qiymətləri 2,2% artıb.
Ət Qiymət İndeksi 0,5 düşüb.
Şəkər Qiyməti İndeksi, əsasən, Braziliyada artan istehsal gözləntiləri, aşağı etanol qiymətləri və məzənnə təsirləri səbəbiylə sentyabr ayında 0,7 faiz azalıb.
FAO-nun Ərzaq Qiymətləri İndeksi 2022-ci ilin sentyabrında orta hesabla 136,3 bənd təşkil edərək, avqust ayı ilə müqayisədə 1,5 bənd (1,1 faiz) azalaraq, ardıcıl 6 aylıq enişi qeyd edib.
Xatırladaq ki, FAO-nun Ümumdünya Ərzaq Qiymətləri İndeksi iyulda 140,7-dən avqustda 138-ə düşüb.
Avqust ayında FAO-nun taxıl qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,4% azalarkən, qarğıdalı qiymətləri indeksi isə 1,5 faiz artıb.
FAO qlobal taxıl istehsalı proqnozlarını da aşağıya doğru yenidən nəzərdən keçirib. 2022-ci il üçün taxıl istehsalı gözləntiləri 2 milyard 792 milyon tondan 2 milyard 774 milyon tona endirilib. Bu, 2021-ci illə müqayisədə taxıl istehsalının 1,4 faiz azalması deməkdir.
Qlobal ərzaq qiymətləri təklifin mövsümi artımı və bəzi məhsullara tələbin azalması fonunda beşinci ay enişini davam etdirib.
Dünyada ərzaq məhsullarının qiymətləri martda rekord həddə çatmışdı.
Xəbər lenti
0